Metropoliten sərnişindaşımadan 32 milyon manat əldə edib
Bizi izləyin

Digər

Metropoliten sərnişindaşımadan 32 milyon manat əldə edib

İlin əvvəlindən Bakı Metropoliteni sərnişindaşınmadan 32 milyon 480 min manat vəsait əldə edib.

Publika.az Dövlət Statistika Komitəsinin (DSK) bu ilin 9 ayının yekunu ilə bağlı rəqəmlərinə istinadən bildirir ki, metronun xidmətindən 162,4 milyon nəfər istifadə edib. Hesablamalarımıza görə, bu o deməkdir ki, nəticədə sərnişindaşımadan 32 milyon 480 min manat toplanıb.

Xatırladaq ki, yanvar-iyul aylarında metronun xidmətindən 128,7 milyon nəfər istifadə edib.

Məlumat üçün bildirək ki, 2014-cü ildə metrodan 215 milyon, 2013-cü ildə 206 milyon sərnişin istifadə edib. Statistika göstərir ki, metrodan istifadə edənlərin sayı 2008-ci ildən artmağa başlayıb.

O ki qaldı sərnişindaşımadan əldə olunan gəlirlərə, DSK-nın məlumatına görə, 2014-cü ildə bu rəqəm 42 milyon 519 min manat olub. Bu da əvvəlki illə müqayisədə 285 min manat azdır.

Metronun xərclərinə gəlincə, 2011-ci ildən artmağa başlayıb. Konkret olaraq 2013-cü ildə 110 milyon 501 min manat, 2014-cü ildə 99 milyon 252 min manat olub.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm