Digər
Azərbaycan OPEC-in sabahkı iclasına qatılmayacaq
Sabah Vyanada OPEC-in növbəti toplantısı keçiriləcək. İclasa təşkilata üzv olmayan səkkiz ölkə -Azərbaycan, Braziliya, Kolumbiya, Qazaxıstan, Norveç, Meksika, Oman və Rusiya kimi ölkələr dəvət edilib.
Publika.az xəbər verir ki, iclasın məqsədi hasilatın azaldılması ilə bağlı razılaşmanın əldə edilməsidir.
Bildirək ki, Rusiya dəvəti qəbul edib. Ölkəni görüşdə enerji naziri Aleksandr Novak təmsil edəcək.
Azərbaycanın Energetika Nazirliyi isə iclasa qatılmayacağını bəyan edib. Energetika naziri Natiq Əliyev jurnalistlərə açıqlamasında iclasda müzakirə olunacaq məsələlərin Azərbaycan üçün o qədər də vacib olmadığını deyib. Bildirib ki, OPEC neft hasilatının azaldılmasına bir neçə dəfə baxıb. Lakin Səudiyyə Ərəbistanı başda olmaqla OPEC ölkələri heç vaxt buna getməyiblər: “Şübhəsiz ki, əgər vaxtında belə bir qərar qəbul olunsa, neftin hasilatı aşağı salınsa və gündəlik 1-2 milyon barrel nəzərdə tutulsaydı, o zaman dünya bazarında neftin qiyməti də bahalaşardı. Bu, Azərbaycan üçün də əlverişli olardı”.
Xatırladaq ki, təşkilatın iyunda keçirilən toplantısında OPEC gündəlik kvotanı 30 milyon barel həcmində saxlamışdı.
Təşkilatın növbəti görüşünün dekabrın 4-də keçirilməsi nəzərdə tutulur.
İqtisadiyyat şöbəsi
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL