• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

2,5 milyon nəfər kredit alıb, 1,2 milyon zamin olub

  • Digər
  • 26 Oktyabr 2015 16:59
  • 329 Baxış
2,5 milyon nəfər kredit alıb, 1,2 milyon zamin olub

İlin əvvəlindən Mərkəzi Bank (MB) yanında Mərkəzləşdirilmiş Kredit Reyestrindən (MKR) 44 bank və 41 BOKT istifadə edib.

Publika.az MKR-a istinadən xəbər verir ki, dövr ərzində reyestrdə 2,353 885, o cümlədən banklar və BOKT-lar tərəfindən 2,213 819 sorğu həyata keçirilib.

Ötən ilin eyni dövrü ilə müqayisədə MKR-a edilən sorğuların sayı (2014-cü il – 2,304 678) 1,02 dəfə artıb. 140,066 (2014 – 47,499) şəxs öz kredit hesabatını əldə etmək məqsədilə MKR-ə müraciət edib. Dövrün sonunda haqqında məlumat toplanmış borcalanların sayı 2,505 575, kredit məlumatlarının sayı 10,427 408, cəmi zaminlərin sayı isə 1,184 202 nəfər olub.

Xatırladaq ki, bu ilin birinci rübündə MKR-da haqqında məlumat toplanan borcalanların sayı 2,456 517, kredit məlumatlarının sayı 10,024 423, cəmi zaminlərin sayı isə 1,141 528 təşkil etmişdi.

İqtisadiyyat şöbəsi

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR