Pakistanda zəlzələ nəticəsində həlak olanların sayı 228-ə çatıb
Bizi izləyin

Digər

Pakistanda zəlzələ nəticəsində həlak olanların sayı 228-ə çatıb

Oktyabrın 27-də səhər saatlarında yayılan son məlumata görə, Pakistanda baş verən güclü zəlzələ nəticəsində həlak olanların sayı 228 nəfərə çatıb.

Azərtac-ın yerli müxbiri xəbər verir ki, Pakistanın xəstəxanalarına 1200-dən artıq yaralı yerləşdirilib, onların içərisində uşaqlar da az deyil.

Pakistan mətbuatının yaydığı məlumata görə, Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Pan Gi Mun faciə nəticəsində həlak olanların doğma və əzizlərinə başsağlığı verib. Məlumatda deyilir ki, BMT Əfqanıstan və Pakistanda baş verən güclü zəlzələ ilə bağlı bu ölkələrə dəstək verməyə hazırdır.

Xatırladırıq ki, oktyabrın 26-da Pakistan vaxtı ilə saat 12:10-da baş verən zəlzələnin episentri Əfqanıstandakı Hindquş dağlarında 7,7 bal gücündə olub. Həmin vaxt Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanda da 5 bal gücündə zəlzələ baş verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm