Auditorlar da 2 il yoxlanılmayacaq
Bizi izləyin

Digər

Auditorlar da 2 il yoxlanılmayacaq

Azərbaycan Auditorlar Palatası (AAP) auditor şirkətləri və müstəqil auditorların yoxlanılması ilə bağlı 2 illik moratoriumun tətbiqi haqqında qərar qəbul edib.

Publika.az xəbər verir ki, bu barədə AAP-ın saytında məlumat verilib.

Palatanın növbəti iclasında qəbul edilən qərarda deyilir: “1 noyabr 2015-ci il tarixindən etibarən AAP 2 il ərzində Azərbaycanda fəaliyyət göstərən auditor şirkətləri və müstəqil auditorların maliyyə-təsərrüfat fəaliyyətlərinin yoxlanılmasını həyata keçirməyəcək. Ötən həftə Palata Şurası tərəfindən müvafiq qərar qəbul edilib”.

Xəbər verildiyi kimi, 2015-ci ilin yanvar-iyun aylarında Azərbaycanda 39 müstəqil auditor və 55 auditor təşkilatı auditor fəaliyyətinə lisenziyaya malik olub.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm