• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

İpoteka Fondu hərraca 5 milyon manatlıq istiqraz çıxaracaq

  • Digər
  • 30 Oktyabr 2015 13:53
  • 295 Baxış
İpoteka Fondu hərraca 5 milyon manatlıq istiqraz çıxaracaq

Noyabrın 2-də Bakı Fond Birjasında (BFB) Azərbaycan İpoteka Fondunun (AİF) faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının növbəti yerləşdirilməsi həyata keçiriləcək.

Publika.az İpoteka Fonduna istinadən xəbər verir ki, hərraca 5 000 000 manat həcmində istiqraz çıxarılacaq. İstiqrazlar 100,9417 qiyməti ilə satışa çıxarılacaq. İstiqrazları əldə etmək istəyənlər “Bakı Fond Birjası” QSC-nin üzvü olan və broker lisenziyasına malik təşkilatlara müraciət edə bilərlər.

Fonddan bildirilir ki, istiqrazların ödənmə tarixi 21 noyabr 2024-cü ildir. Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər proporsional qaydada təmin ediləcək. İstiqrazların ilkin yerləşdirilməsində iştirak edən təşkilat Azərbaycan Respublikası Mərkəzi Bankıdır.

Qeyd edək ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan İpoteka Fondunun faizli, adlı, sənədsiz istiqrazlarının emissiya prospekti 30 dekabr 2014-cü il tarixində qeydə alınıb. Emissiyanın ümumi həcmi 50 000 000 manat, bir istiqrazın nominal dəyəri 1 000 manat, istiqraz üzrə faiz dərəcəsi 3% təşkil edir. Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC vasitəsi ilə keçiriləcək. Depozitari və Sərəncamçı xidmətləri Milli Depozit Mərkəzi tərəfindən göstəriləcək.

Bildiririk ki, bu istiqrazların yerləşdirilməsinə 13 yanvar 2015-ci il tarixində başlanılmışdır və hərraca bu günədək 41 000 000 manat həcmində istiqraz çıxarılıb.

İqtisadiyyat şöbəsi

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR