“Seçicilərimizdən 42 nəfərinin yaşı 70 yaşdan yuxarıdır” - FOTOLAR
Bizi izləyin

Digər

“Seçicilərimizdən 42 nəfərinin yaşı 70 yaşdan yuxarıdır” - FOTOLAR

Nərimanov rayonunda seçki fəallığı müşahidə edilir.

Publika.az-ın məlumatına görə, Nərimanov 20 saylı dairənin 5 saylı məntəqəsinin sədri İradə Babayeva bildirib ki, məntəqə saat 8-dən fəaliyyətə başlayıb.

Onun sözlərinə görə, artıq səhər tezdən seçici fəallığı müşahidə olunmaqdadır: “Bizim məntəqənin ümumilikdə 1400 seçicisi var. 13 nəfər ilk dəfə səs verəcək. Seçicilərimizdən 42 nəfərinin isə yaşı 70 yaşdan yuxarıdır”.

Qeyd edək ki, bu məntəqədə "ELS" Müstəqil Araşdırmalar Mərkəzi tərəfindən exit-poll tədqiqatı keçirilir.

Bəxtiyar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm