Avropanın neft şirkətləri batır
Bizi izləyin

Digər

Avropanın neft şirkətləri batır

Avropanın ən böyük neft istehsalçısı “Shell”in gəlirləri azalıb. 2015-ci ilin 3-cü rübündə şirkətin dəqiq gəliri 1,6 milyard avro olub. Bu isə o deməkdir ki, neftin qiymətinin azalması səbəbindən şirkətin gəliri ötən ilin eyni dövrünə nisbətdə 70 faiz azalıb.

Publika.az bildirir ki, ötən il Alyaska və Kanadadakı neft axtarışı sahələrini bağlayan şirkət bu il xərcləmələrində azalmaya getməyib. Hətta bəzi rəqiblərindən fərqli olaraq 2015-ci il üçün 27 milyard avro sərmayə qoyuluşu reallaşdırıb.

Fransanın “Total” neft-qaz şirkətinin xalis mənfəəti isə neftin qiymətinin düşməsi üzündən 3-cü rübdə 23% azalıb. Lakin analitiklərin proqnozlarını üstələyib. Korrektə edilmiş xalis mənfəət 2,756 milyard dollar, gəlir isə 33% azalaraq 40,58 milyard dollar təşkil edib. Şirkət bir səhmə 0,61 dollar ödəyəcək.

Nəzərə çatdıraq ki, “Total” neft və qaz hasilatını 10% artıraraq gündə 2,342 milyon barel neft ekvivalenti hasil edib. Şirkət bu il üçün xərclərini 1,2 milyard dollar azaldıb.

“Statoil”a gəlincə, üçüncü rübdə şirkətin korrektə edilmiş əməliyyat mənfəəti gözləniləndən daha pis olub. Əməliyyat mənfəəti ötən ilin eyni dövrünün 30,9 milyard kronuna qarşı 16,7 milyard Norveç kronu ($1,97 milyard) təşkil edib. “Statoil” 2015-ci ildə kapital xərclərini 16,5 milyard dollar qədər, kəşfiyyat büdcəsini isə 3 milyard dollar azaltmağı planlaşdırır.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm