• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Avtomobil sahiblərindən 65 milyon manatlıq sığorta yığılıb

  • Digər
  • 2 Noyabr 2015 11:59
  • 212 Baxış
Avtomobil sahiblərindən 65 milyon manatlıq sığorta yığılıb

Bu ilin yanvar-oktyabr ayları ərzində İcbari Sığorta Bürosunun informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 826 744 müqavilə qeydiyyata alınıb.

Publika.az İcbari Sığorta Bürosuna istinadən xəbər verir ki, bunların 145 726-ı xarici ölkədə qeydiyyata alınan və Azərbaycan Respublikasına tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri olub.

Qeyd olunan dövrdə bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği isə 65 milyon manat təşkil edib.

2014-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə AVSMMİS üzrə sığorta müqavilələrinin sayında 6%, sığorta haqlarının məbləğində isə 10% artım müşahidə olunub.

İqtisadiyyat şöbəsi

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR