Banklarda əmanətlərin həcmi azalıb
Bizi izləyin

Digər

Banklarda əmanətlərin həcmi azalıb

Bu ilin 9 ayında əhalinin banklardakı əmanətlərinin həcmi azalıb.

Publika.az Mərkəzi Banka (MB) istinadən xəbər verir ki, əmanət qoyuluşu 7311,8 milyon manat olub. Əmanətlərin azalması özünü həm milli valyutada, həm də xarici valyutada yerləşdirilmiş əmanətlərdə göstərib. Manatla əmanətlər sentyabrda 1777,8 manat (avqust ayındakı 1847,9 milyon manata qarşı), xarici valyuta ilə əmanətlər 5534 milyon manat (avqust ayındakı 5472,4 milyon manata qarşı) təşkil edib.

Cari ilin doqquz ayının yekununda fiziki şəxslərin cəmi əmanətlərinin 69%-ni qorunan əmanətlər, 31%-ni isə qorunmayan əmanətlər təşkil edib. Qorunan əmanətlərin 71% - i ABŞ dollarında, 25% - i manatda, 4% - i avroda saxlanır.

Məlumat üçün bildirək ki, əmanətlərin Sığortalanması Fondunun sığorta ehtiyatları 109,4 milyon manat təşkil edir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm