Sensasiyalı tapıntı - FOTOLAR
Bizi izləyin

Digər

Sensasiyalı tapıntı - FOTOLAR

İnsana bənzər məxluqlar

Keçən ilin sonlarında dünya informasiya agentlikləri sensasiyalı xəbər yaydılar: Meksikanın qərbində Sonora ştatının Onaves kəndi yaxınlığında 1000 illik sirli qəbiristanlıq tapılıb. Ümumi məzarlıqda “insana bənzər” 25 basdırılmış canlının qalıqları aşkar edildi. Lakin onlardan yarısının kəllə beyin sümüyü həddindən artıq uzun idi. Lap yadplanetlilərinki kimi...

Sensasiyalı tapıntı

Alimlər əmin edir: nə onlar, nə də həmkarları qədər buna bənzər qeyri-adi hadisəyə rast gəlməyib. Hinduların pima qəbiləsinə məxsus atılmış məzarlıqda bu mutantlar haradan peyda ola bilərdi? Elmi-tədqiqat layihəsinin direktoru Kristina Qarsiya Morena öz fərziyyəsini irəli sürür:

- Çox güman ki, qədim hindu tayfaları yuxarı sinif üzvlərini aşağı təbəqələrdən fərqləndirmək üçün kəlləni deformasiyaya uğradırdılar.

Lakin jurnalist Svetlana Kuzina digər cavabsız suallar kimi bu fərziyyənin də təxmini olduğunu bildirir. Əvvəla, əgər bütün cəsədlər eyni məzarlıqda basdırılıbsa o zaman başçını qulluqçudan nəyə görə fərqləndirmək lazım idi?

İkincisi də, alimlər bəzi skeletlərin boynunda olan zinət əşyalarının digərində isə olmamasını izah edə bilməyiblər. Və nəyə görə 25 skelet arasında yalnız bir qadın vardı?

Üçüncüsü, “uzunbaşlıların” qəsdən dişlərinin korlanması naməlum olaraq qalır. Aparılmış analizlər bu kimi cismani cəzaların onlar sağ olarkən, hələ yeniyetməlik vaxtında edildiyini təsdiqləyib.

Başqa misallar

Demək lazımdır ki, bu son vaxtlar Qərb yarımkürəsində tapılmış ikinci tapıntı idi. Daha erkən, 2011-ci ilin noyabr ayında Peruda yekə başlı, insana bənzər mumiya qalıqları tapılıb. Çox maraqlıdır ki, mumiya sirli Naska yaylası yaxınlığında tapılıb. Tapıntını görən Perunun Kusko şəhərinin muzeyindən olan antropoloq Renato Davila Rikelme qışqıraraq deyib: “Yadplanetli!”

Qəribə insan skeleti həqiqətən də, kinolardakı yadplanetlilərə oxşayırdı. Başın ölçüsü çənədən təpəyə qədər 50 sm idi. Bədən və ayaqların ölçüsü də həmçinin, bu uzunluqda idi. Göz yuvası adi insanın gözündən kifayət qədər geniş idi. Dişləri böyük adam dişləri kimi, təpə hissəsi isə sanki yeni doğulmuş insanın başı kimi idi. Və ən əsası: həm meksikalıların, həm də peruluların boyun ardı sümükləri uzunsovdur.

Rikelme əmin edir ki, “uzunbaşlar” planetimizdə mövcud olan heç bir etnik qrupa uyğun gəlmir.

Qısası, bu kimi baş sümükləri Cənubi və Mərkəzi Amerikada nadir hal deyil. Tədqiqatçı Robert Konolli bütün dünyanı gəzərək qədim sivilizasiyalar haqqında material və şəkillər toplayıb. Müxtəlif cür deformasiyaya uğramış kəllə sümükləri olub: beyin həcmindən 3000 kub santimetr yuxarı gərilmiş, şarabənzər və digər çətin formalı kəllə sümüklərinə rast gəlib.

Elm isə bu kəllə sümüklərinin irsi mutasiya xəstəliyindən əziyyət çəkən insanlara məxsus olduğunu iddia edir. Həmçinin, bunu başın “mexaniki düzəltməsi” əməliyyatının nəticələri kimi göstərənlər də var. Bu cürə əməliyyatların səbəbi isə daha da gözəl görünmək olub.

Qədim dünyanın “kəllə”si

Məlum məsələdir ki, deformasiyaya uğramış kəllələr ilk dəfə olaraq Peruda tapılıb və bu haqda 19-cu əsrin əvvəllərində yazılıb. Alimlər dərhal bu kəllərin yalnız Yeni Dünyada olduğuna əmin oldular. Lakin süni deformasiyalı kəllə 1820-ci ildə Avstraliyada da peyda oldu. Bəziləri ehtimal edirdi ki, uzun kəllələr yalnız Peruda mövcuddur və Avstraliyada tapılmış kəllə bura təsadüfən düşüb. Lakin analoji kəlləyə 1846-cı ildə Vyana şəhəri yaxınlığında daş karxanasında da rast gəlindi. Sonralar Qərbi Avropada yenidən bu tipli kəllə sümükləri tapıldı. Alimlər bu kəllələrin barbar qəbilələrin olduğu dövrdə mövcud olan “hun”, “saraçen”, “helvetlərə” məxsus olduğunu yazırdılar.

Bu cür süni deformasiyalı kəllə sümüklərinə Rusiya ərazisində də rast gəlinib. Onların nə vaxt, kim tərəfindən tapılması isə sirr olaraq qalır. Bu sümüklərin “makrokefal” qəbilələrinə məxsus olduğu qeyd edilir. Bu qəbilələr “kimmerlər” də adlanır.

Elm sübut edir

Hazırki dövrdə bu kimi tapıntıların sayı onlarladır. Belə bir fikir var ki, süni deformasiyaya uğramış kəllə sümükləri hələ neandertallar olan dövrdə də var idi.

İraqın Kürdüstan əyalətində Şanidar mağarasından tapılmış 50,000 yaşlı neandertalın da baş sümüyü bu cür olub. Lakin bəzi alimlər bunun təsadüfən olduğunu iddia edir.

Süni deformasiyalı ən qədim kəllə sümüyü Avstraliyanın Yeni Cənubi Uels ştatından tapılmış 13,000 yaşlı kəllə hesab olunur. Bu cür qəbildən olan kəllə sümükləri hətta Şərqdə və Aralıq dənizi sahillərində də geniş yayılıb. Livan, Kipr, Kritdə tapılmış kəllələr eramızdan əvvəl 7-2-ci minilliyə təsadüf edir və maraqlısı odur ki, bu kəllələr yalnız qadın cinsinə məxsusdur. Hesab olunur ki, deformasiya analıq və münbitlik ilahəsi olan Astratanın ayinləri çərçivəsində həyata keçirilir.

Tədricən bu adət Qədim Misirə də yayılmağa başlandı. Hətta Astrata ayini 18-ci sülaləyə də yayıldı. Misir fironu Exneton və onun arvadı Nefertitinin də başları yadpalnetlilər kimi uzadılmış olub. Qəribə adət e.ə. 5-3-cü əsrlərdə Orta Asiyaya da keçir və sonralar o zaman amazonkalarla eyniləşdirilən vuruşqan sarmat tayfalarında da geniş yer tutmağa başlayır.

Bu adət növü Asiyaya tam fərqli halda düşüb: o zaman Asiyada müxtəlif etnik tərkibli xalqlar yaşayardı. Hun qəbiləsinin ittifaqına daxil olmaqdan sonra qorxu və təhlükə yaratmaq üçün etnik qruplar kəllənin süni deformasiyasına əl atardılar. Hunların böyük köçü zamanı sarmatlar (və ya alan kimi adlandırılan qəbilələr) qərbə doğru yol alırdılar. Xalqların Böyük Köçü tarixində harada olmalarından asılı olmayaraq, “qüllə başlı” insanlar düşmənlərində qorxu hissi yaradırdı.

Avropada ən gec tapılmış süni deformasiyalı kəllə sümükləri Fransa və Polşa ərazisində aşkarlanıb. Müasir dövrdə gözəllik hesab olunan “qüllə başlılıq” Mərkəzi Afrika və Malay arxipelaqında yaşayan xalqlarda qalıb.

Cəmalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm