İsrail azərbaycanlılarının yeni layihəsi - "Azərbaycan - Tolerantlıq Məkanı ”
Bizi izləyin

Digər

İsrail azərbaycanlılarının yeni layihəsi - "Azərbaycan - Tolerantlıq Məkanı ”

İsrail azərbaycanlılarının yeni layihəsi - "Azərbaycan - Tolerantlıq Məkanı ”

Dünən, martın 18-də,gözəl Novruz bayramı ərəfəsində İsrailin cənubunda yerləşən Kiryat Qat şəhərində 2014-ci il üçün nəzərdə tutulan tədbirlər seriyasından olan "Azərbaycan - tolerantlıq məkanı ” mövzusunda fotosərgi açılıb. Publika.Az-a "Aziz" İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasından daxil olmuş məlumtada deyilir ki, bu layihə Heydər Əliyev Fondunun yaxından dəstəyi və köməyi ilə həyata keçirilir.

Fotosərgi eksponatları ilə tanışlıqdan sonra iştirakçıları maraqlı və zəngin proqram gözləyirdi. Əksəriyyəti əslən keçmiş SSRİ-nin digər respublikalarının hesab edirdilər ki, yəhudilər Azərbaycanda yalnız XX əsrdə məskunlaşıb. “Azərbaycan” mədəniyyət mərkəzinin direktoru Yeganə Salman qeyd etdi ki, yəhudi icması bu ərazilərdə təxminən iki min yarım tarixi vardır.

Daha sonra Azərbaycana səfər zamanı İkinci İsrail telekanalının jurnalistləri tərəfindən çəkilmiş sənədli filmin nümayişi keçirilib.

Bundan sonra Kiryat Qat şəhər merin vəzifəsini icra edən Yakov İfraimov çıxışında bildirib ki, o, əslən qafqazlı olduğu üçün Azərbaycanın gözəl və mehriban qonşuluq və tolerantlığı ənənələri ilə tanışdır. "Qonşuluqda olan Ermənistan həmişə sırf erməni əhalisi 98% idi, halbuki Azərbaycan əsrlər boyu çoxetnoslu idi - burada azərbaycanlılarla yanaşı, yəhudilər, ruslar, ermənilər və digər millətlər yaşayırdı. Fəqət mənim üçün mühümü odur ki, Azərbaycan heç vaxt antisemitizm olmayıb. Azərbaycanlılar və yəhudilər hər zaman qardaş olublar" - Yakov İfraimov bildirib.

“Aziz”in baş direktoru Lev Spivak bu tədbirin Kiryat Qat şəhərində keçirilməsinə görə və böyük yardım və mehriban qəbula görə - Yakov İfraimova minnətdarlığını bildirərək ona qədim Azərbaycan mədəniyyətini simvolizə edən üç milli musiqi alətlərindən ibarət hədiyyə təqdim edib.

Tamaşaçılar Azərbaycan torpağında öz yolunu başlamış və İsrail torpağında davam etdirən yaradıcı ziyalıların çıxışlarını çox səmimi qəbul etmişlər. İsrail yazıçılar birliyinin üzvləri, şairlər - Mixail Salman və Şaul Siman Tov, müğənni Maksim və Pnina Yaskovanın rəhbərliyi ilə "Oynayan incə" rəqs ansamblı tamaşaçılar tərəfindən gözəl qarşılanıb.

Təşkilatçıların dediyinə görə, belə tədbirlər 2014 il ərzində hələ ən azı İsrail Dövlətinin 10-12 şəhərində keçiriləcək. Artıq indidən məlumdur ki, apreldə "Azərbaycan - tolerantlıq ərazisi" fotosərgisi İsrailin şimal bölgəsində Neşer şəhərində , mayda isə Tirat Karmel şəhərində açılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm