• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Gədəbəydən bayram sovqatı

  • Digər
  • 21 Mart 2014 10:45
  • 1 120 Baxış
Gədəbəydən bayram sovqatı

Burda hər şey rusların qoyub getdiyi kimi idi...

"Saratovkada" avtobusda düşəndən sonra, ilk qarşılaşdığım mənzərə taksi sürücülərinin bir-birinə aman vermədən müştəri üstündə dava salmaları idi.

İlahi, necə də bu ləhcədən ötrü darıxmışdım.

Gözüm baş-başa toplanan sürücülərdən kənarda üzünü illərin qarsıyıb yandırdığı bığlı bir kişi aldı.

-Dayı, bizi "Çobankənd"ə apararsınızmı?

Razılaşdıq, "06" ilə üzü Çobankəndə doğru yol aldıq.

Yolboyu gördüklərimdən ağlıma bir fikir gəldi .

Hələ, iki yüz il əvvəl, türklər yaşayan kəndlərə Çar necə münasibət göstərirdisə, bu, günümüzdə də eyni qayda davam edir.

"Saratovka" dan çıxan kimi torpaq yolun daşı-tozu və bir də, altıaşağı "Jiquli"nin relyef üzərindəki rəqsini anlamamaq mümkün deyildi.

Uzun müddət avtomobilin solunundan çəkilməyən toz, bütün simamda örpək salmışdı, amma bu, hələ hamısı deyildi.

"Yenikənd"in qatarla düzülən evlərinin qabağından keçdikcə diqqətimi daha çox bir şey cəlb etdi.

Hardasa az qala, hər evin eyvanının altında odun parçaları qalaq-qalaq düzülmüşdü.

Mən burda doğulanda da, 10 il əvvəl köçüb burdan gedəndə də, indi geri döndüyümdə də bu belə idi.

Çünki, bütün ölkədə rayonların, hətta ən ucqar kəndlərin qazla təmin olunmuşdu.Amma, görünür, əlahəzrət rayon rəhbərləri prezidentin yürütdüyü iqtisadi iknişafla bağlı siyasəti ya anlamırlar, ya da bu onlara Bakıdan -Gədəbəyədək olan məsafə qədər gec çatır.

Bura camaatının yeganə yanacaq növü olan ağaca tələbat isə durmadan davam edir.

Min illərdir,kiçik Qafqazın ətklərində insangirməz qaranlıq meşələrini tikə-tikə, parça-parça edib axırına çıxdılar.

Bütün bayram əhvalım pozulmuşdu. "Saratovka"dan "İvanovka"ya nə asfalt yol var, nə də bu kəndlərə qaz verilib.

"Yenikənd"in baş tərəfindən çay yoluna düşüb irəlilədik.

Buna yol demək mümkündürsə, deyək, amma bu əsl işgəncə idi.

Rəsul kişinin evinin altından keçəndə "Jiquli" tablamadı.

Çayın daşları sürüşkən idi. Motor boğuldu və "Babacan" çayında susdu.

4 tərəfi su ola, özü də dağın qarı hələ əiməmiş, suyunda temperaturu mənfini göstərə.

Başqa yol yox idi. Ayağımızı çirmələyib suya girdim.

Buz kimi idi.Dişlərimin şaqqıltsı qulaqlarıma çatırdı.

Əsl bayram "keyfi" idi. Zor-bəla maşını dartıb sudan çıxartdıq.

Nəhayət, doğuluğum"Çobankənd" kəndinə daxil olmuşduq.

Axşam hər kəs-ailə birgə bayram tonqalının ətrafında yığışmışdı.

Kəndin bir başında, bir də ayağında güclə seziləcək öləzimiş alov dilimləri görünürdü.

İki mindən artıq əhalisi olan kənddə toplam iki yüz nəfər ancaq taparsan .O da , qocalar idi.

Vaxtilə, yüzlərlə uşaq yığışardı. Aşıq sazı ilə kəndi cövlana gətirərdi.

İndi isə, doğma Göyçədən cəmisi iki-üç km aralı olan Gədəbiyin bu ucqarları boş və insansız Tayqaya oxşayırdı.

Valideynlərimi görmək sevincini çıxmaq şərtilə, burda hər şey üzgün və dərdli idi...

Bu gün Publika.az-ın redaktoru olaraq, növbətçiyəm.

Amma, boğazım şişib, öskürürəm.

Arada da, Qumrov inəyin gözəl bir balası doğuldu...

Yenə də, iş hər şeydən önəmlidir.

Hər kəsi təbrik edirəm, Leyla, fotolarını gec gördüm.

Camal müəllim, çox zəhmət verdim.

Aynur xanım, bayramınız mübarək!

Kənan, İlknur,Ceva , görüşənədək!

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR