“Şeytan-körpə” amerikalıları qorxudur
Bizi izləyin

Digər

“Şeytan-körpə” amerikalıları qorxudur

Nəzarətsiz buraxılmış və ağlama səsinin gəldiyi uşaq arabasına narahat sakinlər yaxınlaşırlar. Və bundan sonra baş verənlər gizli kameraya çəkilir.

Oxu.Az xəbər verir ki, “zarafatçılar” komandası məsafədən idarəetmə pultu ilə təchiz olunmuş “şeytan-körpə” hazırlayıblar.

Çox real görünən oyuncaq uşaq elə bil dəhşət filmlərindən gəlib. Onu, uşaq arabasına yerləşdirərək, şəhərin küçələrinə buraxıblar.

Nəzarətsiz buraxılmış və ağlama səsinin gəldiyi uşaq arabasına narahat sakinlər yaxınlaşırlar. Və bundan sonra baş verənlər gizli kameraya çəkilir.

Video YouTube-yə yerləşdirildiyi 2 gün ərzində 3 milyondan çox baxış toplayıb.

Ürəyi zəif olan şəxslərin videoya baxmasını tövsiyyə etmirik.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm