Vampirlər haqqında maraqlı faktlar - Hansı insanların qanını içirlər?
Bizi izləyin

Digər

Vampirlər haqqında maraqlı faktlar - Hansı insanların qanını içirlər?

Kəndlilər vampirdən qorunmaq üçün sarımsaqdan istifadə edirdilər. Bu onların ən yaxşı vasitəsi hesab olunurdu. Onlar günahkarı tapmaq üçün qəbiristanlığa küllər səpir və cinayətkarın ayaq izlərini bu cür aşkar edirdilər. Bəzən isə başqa üsuldan istifadə e

Vampirin qucağında

Günəşin batması ilə yenidən doğması arasında olan zaman intervalı ərzində dirilərək məzarlardan çıxdığına, insanlara hücum edib onların qanlarını içdiyinə inanılan fövqəlvarlıqlar kimi təsəvvür edilən vampirlər müəyyən dövrlərdə insanların qorxulu yuxusu olub.

Bonn tədqiqatçısı Piter Kroyter iddia edir ki, vampirlər haqqında əfsanələr qorxudan və əsasən, kənd yerində yaşayan insanların avamlığından yaranıb.

Rumın kəndlərində vampirlərin xarici görünüşü və davranışı haqqında müəyyən inanclar yaranıb - vampirlər mütləq geyimdə və ya kəfənə bürünmüş halda olmalıdır. Onların yanaqlarında azca çürümüş iyrənc dəri olur. Vampirləri bu cür itələyici görüntülərinə görə ilk baxışda insandan ayırmaq asan olur.

Digər vampirlər

Adi kənd sakinləri ruhlar və ya vampirlər haqqında hər şeyi bilirdi. Kənddəki vampirlər səhər günəşinin şüaları zamanı ortaya çıxmır və öz qurbanlarının boyunlarını köpək dişləriylə sancmırdılar.

Kroyter, “Xalq mövhumatlarında bir qayda olaraq, mənzərəli, ekzotik qaniçən yoxdur. Onları yaradan yazıçılar və kinematoqrafçılar olub” deyir.

Kroyter vampirlər haqqında çoxsaylı yazıları tədqiq edib. Bu haqda ən qədim yazı 1382-ci ilə, ən yenisi isə 1968-ci ilə aiddir. Bu hekayələr Rumıniya, Albaniya, Bolqarıstan və Makedoniyada qeydə alınıb. Həmin yazılardan məlum olur ki, kənd camaatı hər hansı bir pis hadisə baş verərsə, bunu vampirlərin varlığı ilə əlaqələndirir və bu işi onların gördüyünü iddia edirmiş.

İnanca görə, vampir tabutdan çıxsa bu, bədbəxtliyə işarədir. Kim ona yaxınlaşsa, deməli, tezliklə öləcək və onun hansı səbəbdən öldüyü məlum olmayacaq. Həmçinin ruhu qohumlarını və qonşularını təqib edəcək.

Vampirlər insanların arasına gizli yollarla girməyə çalışıb. Qəbirdən çıxmış mərhum qurbağa, siçan, toyuq və ya at cildində yenidən dünyaya qayıdırmış. Ən mahir və xain vampirlər dünyaya hər hansı predmetlə qayıda bilirdi, məsələn, yaba, bel və ya küpəylə. Bunun əsas səbəbi isə insanların onları aşkar edə bilməməsi olub.

Kroyterin sözlərinə görə, vampirlər həmişə seçilmiş qurbanına hücum etmək üçün insanların yanında olub. Məsələn, kəndli nahar edəndən sonra ağacın altında mürgüləyəcək, amma orada tək olmadığını anlamayacaq.

Kəndlilər vampirdən qorunmaq üçün sarımsaqdan istifadə edirdilər. Bu onların ən yaxşı vasitəsi hesab olunurdu. Onlar günahkarı tapmaq üçün qəbiristanlığa küllər səpir və cinayətkarın ayaq izlərini bu cür aşkar edirdilər. Bəzən isə başqa üsuldan istifadə edirdilər:

Qəbiristanlığa qara toyuq buraxırdılar. Çünki onu axirət dünyasının xəbərçisi hesab edirdilər. Toyuq harada dayanırdısa, həmin yerin altında vampir yatdığına inanırdılar. Bu mənasız hərəkətlər və düşüncələrə baxmayaraq, kəndlilərin əsas qayəsi şər qüvvələrə qarşı birgə mübarizə aparmaq olub.

Kəndlərdə belə bir inanc da var idi ki, gecə vaxtı bir qadının yanına vampir və ya ruh gəlirsə, həmin qadın gec öləcək və qəbirdən çıxmayacaq. Ən qəribəsi isə qadınların daha qorxusuz olması idi.

Nərgiz

Oxumağa davam et
Reklam
Reklam

Gündəm