Moskva ermənilər üçün nələr edir?
Bizi izləyin

Digər

Moskva ermənilər üçün nələr edir?

Kiyevin Avropa İttifaqı ilə assosiasiya haqqında müqaviləni imzalamaqdan imtina etdikdən sonra Ukraynada baş verən hadisələr fonunda Rusiya-Avropa münasibətlərini dəyərləndirdiyimiz bir yazıya “Brüssel Moskvanı öz silahı ilə vurur” başlığı qoymuşdur. Söhb

Kiyevin Avropa İttifaqı ilə assosiasiya haqqında müqaviləni imzalamaqdan imtina etdikdən sonra Ukraynada baş verən hadisələr fonunda Rusiya-Avropa münasibətlərini dəyərləndirdiyimiz bir yazıya “Brüssel Moskvanı öz silahı ilə vurur” başlığı qoymuşdur. Söhbət Rusiyanın enerji silahından gedirdi.

Belə ki, Bakıda “Şahdəniz” layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya sazişinin imzalandığı bir ərəfədə Avropa Komissiyası “Cənub axını" qaz kəməri layihəsi ilə bağlı hüquqi təhqiqatlara hazırlaşdığını bəyan etmişdi. Qeyd edək ki, "Qazprom" "Cənub axını" qaz kəməri layihəsinin tikintisinə keçən ilin sonlarında start verib. 20, 65 milyard dollar dəyərində olan layihə Avstriya və İtaliyadan keçməklə Qara dəniz sahillərini Balkan ölkələri ilə birləşdirəcək. Rusiya indiyədək Bolqarıstan, Serbiya, Macarıstan, Yunanıstan, Sloveniya və Xorvatiya ilə layihənin quru hissəsinin reallaşması üçün hökumətlərarası sazişlər imzalayıb. 2015-ci ilin dekabrında işə salınması gözlənilən kəmərin tikintisi ilə Rusiyanın “Qazprom” şirkəti, İtaliyanın “ENİ” konserni və Fransanın “Electricite de France” (EdF) şirkəti məşğuldur.

Avropa Komissiyası isə Avropa normalarına uyğunlaşdırmaq üçün Rusiyadan tranzit ölkələrlə imzalanan ikitərəfli razılaşmaları təkrar gözdən keçirməyi tələb edir. Rusiyanın iddiaları rədd etməsinə baxmayaraq, Macarıstan, Bolqarıstan, Xorvatiya, Sloveniya, Avstriya, Yunanıstan və Serbiya Avropa Komissiyasına onların adından “Cənub axını” ilə bağlı danışıqlar aparmağı tapşırıb.

Boru kəmərinin keçəcəyi ölkələrdən biri olan Bolqarıstanın xarici işlər naziri Kristian Viqenin bildirib ki, layihənin Avropa qanunvericiliyinə uyğun reallaşdırılması onlar üçün zəmanətdir. Dekabrın əvvəlində Avropa Komissiyası bildirdi ki, “Cənub axını” Avropa İttifaqının Üçüncü enerji paketinin normalarına uyğun deyil. Aİ boru kəmərinin istismar edilməsinə yalnız o halda icazə verəcəyini bildirir ki, istehlakçı və qaz təchizatçısının funksiyaları bölünsün, “Qazprom” qaz nəqlində inhisarçılıqdan məhrum ediləcək və Rusiyanın qaz sazişlərində qiymətləndirilmə şəffaf olacaq.

Avropanın Rusiyanı onun öz silahı ilə vurmağa hazırlaşdığı bir vaxtda Moskva vəziyyətdən çıxış üçün yollar axtarır.

Rusiya Macarıstana Atom Elektrik Stansiyasının tikintisi üçün 10 milyard dollar krediti verməyə hazır olduğunu bəyan edib. “Bu onun üçündür ki, Macarıstan Rusiya üçün əhəmiyyətli "Cənub axını" layihəsində iştirakdan imtina etməsin. Macarıstanın baş naziri Moskva səfərində faktiki olaraq layihədən çıxmamağa söz verdi. Rusiya görünür, potensial partnyorlarını “almağa” qərar verib və bunlardan birincisi Macarıstan oldu. Yeri gəlmişkən, Ramil Səfərovun ekstradisiyasından sonra Ermənistan Macarıstanla diplomatik əlaqələri kəsib”, - Ermənistanın “Lragir” qəzeti yazır.

Qəzet bildiri ki, Vladimir Putin özünün beynəlxalq təsirini sübut etmək üçün ağlasığmaz pullar xərcləyir. Qeyd edək ki, Rusiya son bir neçə ay ərzində Türkiyə, İran, Belarus və Macarıstanda Atom Elektrik Stansiyasılarını inşa edəcəyinui bildirib.

“Lragir” hesab edir ki, Ermənistanda Atom Elektrik Stansiyasının yeni blokunun inşası Putinin maraqlarına cavab vermir. “Çünki, normal rəhbərlik dövründə Ermənistan bahalı Rusiya qazından imtina edə və ucuz atom elektrik enerjisinə keçə bilər. Bundan başqa Rusiyanın dostları Türkiyə və Azərbaycan tərəfindən Ermənistanın blokadası da mənanı itirə bilər.

Digər tərəfdən Rusiya Ermənistanda Atom Elektrik Stansiyasının tikintisinə niyə pulu ayırmalıdır? Erməni rəhbərliyi onsuz da itaətkarlıqla Rusiyanın maraqlarına xidmət edir və hətta müqavimət göstərməyə çalışmır”, - qəzet bildirir.

Ermənistan mətbuatının yazdığına görə, İrəvan daha ucuz İran qazından imtina edib. Ermənistan Atom Elektrik Stansiyasının tikintisini Fransa şirkətinə verməyib. Bundan başqa isə dəmir yollarının yenilənməsi üzrə tenderi qazanan hind şirkətinin xidmətindən imtina edərək Rusiyanı seçib.

“Ermənistan rəhbərliyinin milli maraqlardan imtinası fonunda Ukrayna və Macarıstan prezidentlərinin davranışlarında vətənpərvərlik görünür. Onlar heç olmasa ölkələri üçün nəyisə ucuz alırlar. Ruslar qazın qiymətini 60 faiz qaldıra bilərdilər, amma alicənablıq göstərərək yalnız 30 faiz qaldırdılar. Təşəkkürlər”, - sonda “Lragir” qeyd edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm