• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Qardaşının arvadını kişi ilə tutdu

  • Digər
  • 16 Yanvar 2014 11:48
  • 6 407 Baxış
Qardaşının arvadını kişi ilə tutdu

- Bir çaynik də çay, Şamil!

- Sən nə qədər çay içdin ala?

- Neyniyək e, bekarçılıqdı.

Şamil növbəti çay dəstgahını stolun üstünə qoyanda Sərdarın telefonu zəng çaldı. Əslində, onu güdmək deyildi məqsədim, sadəcə qardaşımın ev telefonunun nömrəsini ekranda görəndə çaşdım. Əvvəla qardaşımın Sərdarla elə bir yaxınlığı yox idi, yəni ev telefonundan ona zəng edəcək qədər yaxın deyildilər. Həm də Sərdar mənim dostum idi, özümdən on yaş böyük qardaşımın yox. Əvvəl elə bildim gözümə göründü. Ancaq Sərdar ayaqyoluna gedəndə telefonu stolun üstündə qoymuşdu, telefonun zəngi başımı xarab edirdi deyə, istədim səsini alam, nömrəni görəndə başım hərləndi. Səbr etməyi qərara aldım. Sərdar gəlib yerində oturanda telefonu götürüb baxdı. Zəng gələn son nömrəyə zəng elədi. Təbii ki, nömrəni mənim gördüyümü bilmirdi deyə, elə yanımdaca zəng eləyib xısın-xısın danışmağa başladı. Artıq ağlım başımda deyildi. Ürəyim necə çırpınırdısa, elə bilirdim guppultusunu yanımdakılar da eşidir.

- Salam...hə...bir azdan...olar əlbəttə...oldu, hələlik.

Sərdarın danışığından daha da şübhəyə düşdüm. Ancaq özümü ələ alıb işin axırına çıxmaq istədim.

Sərdar telefonla danışıb sağollaşandan sonra nəsə düşünürmüş kimi əlini gicgahında gəzdirdi. Təzəcə süzülmüş çaydan qaynar-qaynar iki qurtum alıb stəkanı əlində sıxdı. Artıq onun aldığı nəfəs də mənə qəribə, şübhəli gəlirdi. On-on beş dəqiqədən sonra ayağa qalxdı.

- Nooldu? – canımı dişimə tutub soruşdum.

- Gedəsi yerim var, məni bağışlayın. Sizə nuş olsun. Görüşərik də...

- Yaxşı yol.

- Şamil, mən getdim, qardaşlara yaxşı qulluq elə, - ağzını mətbəxə tərəf tutub səsləndi.

- Yaxşı yol, ay Sərdar, arxayın get, - Şamil gülə-gülə cavab verdi.

Sərdarın çayxanadan çıxması ilə çayxananın başıma fırlanması bir oldu. Axı bu nə zəng idi?! Dalbadal ev nömrəsindən, mənim qardaşımın evindən, qardaşım on günlük işdə - gecə növbəsində ikən. Dayana bilmədim, dostlardan üzr istəyib bayıra çıxdım. Qardaşımın yoldaşı Həmayılın mobil telefonu yox idi deyə, ev telefonuna zəng elədim. Əvvəlcə məşğul oldu, bir neçə dəfə yığdıqdan sonra gəlinin xəttin o başından səsi gəldi.

- Axşamın xeyir, neynirsiz?

- Heç nə, uşaqlara yemək verirəm. Sən hardasan?

- Mən qəsəbədən bir az kənardayam, ola bilər gec gələm. İstəyirsən həyət qapısını açıq qoy.

- Narahat olma, Amil, narahat olma. Anam gələcək bu gecə, tək qalamayacağıq.

- Doğrudan? Nə yaxşı oldu, onda daha mən tələsməyim də, işim uzun çəkəcək onsuz da.

- Hə, hə, işində ol sən. Yarım saata, bir saata gələcək.

- Oldu, gəlinbacı, gecən xeyrə qalsın.

- Gecən xeyrə qalsın.

Qardaşım gecə növbəsində olanda gecə onun evində qalırdım. Uşaqları körpədir, gəlin xeylağıdır, qapı döyülər, həyət-bacaya nəzarət edə bilməz gecə vaxtı, qardaşım da arxayın olsun deyə, on gündən bir işimi bilirdim.

Bir siqaret yandırıb çəkdim. Əsəbimdən az qamışdım siqareti çeynəyib udam. Gəlinin mənimlə danışığından daha da şübhəyə düşdüm.

Dostlardan üzr istəyb sağollaşadım. Çayxanadan çıxan kimi Sərdara zəng elədim. Zəngimə dərhal cavab verdi.

- Hardasan, brat?

- İşim var, Amil, necə məgər, nəsə olub?

- Salamatlıqdır. Qəfil getdin, narahat oldum. Dedim görüm noldu.

- Heç nə, heç nə olmayıb. Bir adam var, onunla təcili görüşməliydim, unutmuşdum. Zəng elədi çıxası oldum. Sən hardasan?

- Harda görmüşdün, elə orda. Bayıra çıxdım bir siqaret çəkim, həm də səndən xəbər bilim. Qayıdıram içəri.

- Həə...əla, işinizdə olun, görüşərik də sabahda-zadda.

- Hə, əlbəttə...sağ ol.

- Sağ ol, qədeş, - güldü.

Gözüm ayağımın altını görmürdü. Özümü qardaşımgilin məhəlləsinə necə çatdırdım bilmirəm. Ancaq birbaş evə getmək fikrim yox idi təbii. Bir xeyli evin ətrafında fırlandım. İkimərtəbəli evin eyvanındakı işıq söndü. Bir az keçəndən sonra qapı açıldı və tez də örtüldü. Hələ də səbrimi basıb gözləyirdim, tələsmirdim. Hürkütmək olmazdı, işimi ehtiyatlı görməli idi. Yataq otağının işığı yanıb, on-on beş dəqiqədən sonra söndü. Bir yarım saat da gözləməyi qərara aldım, bura qədər gəlib çıxmışdım.

Pilləkənləri ehtiyatla barmaqlarımın ucunda qaxıb qulağımı qapıya söykədim. İçəridən səs gəlmədi. Gəlməyəcəyini bilirdim, əslində, çünki yataq otağının qapısı zala açılırdı, zalın da qapısı eyvana. Təbii ki, ordan-ora səs eşidilməzdi.

Özümü ələ almağa çalışıb qapını yavaşca döydüm. Deyəsən, çox yavaş oldu. Azca gözləyib bir də döydüm. Ancaq bu dəfə sakit səslə gəlini səslədim:

- Gəlinbacı, ay gəlinbacı...

Deyəsən, yataq otağının qapısı açıldı. Ayaq səsləri də eşidildi. Qapının arxasından Həmayılın səsi gəldi. Pıçıltı ilə soruşdu:

- Kimsən?

- Mənəm, gəlinbacı, Amildi, qorxma.

- Həə...noolub, Amil.

- Heç nə, noolacaq. Aç qapını gəlim də.

- Hara?

- Necə yəni hara? Həmişə gəldiyim evə. Sizdə qalası deyildim?

- Bəs dedin gəlməyəcəm?

- İndi gəlmişəm də, qapıda qalım?

- Amil...get evinizə, anam gəlib bizdədi, narahat olma.

- Bu boyda evdə bizə yer yoxduu? Hamamda-zadda yataram da, - deyib zorla güldüm. Guya zarafat etmək istədim.

- Yox e, yaxşı deyil axı...anam da, sən də...Arvad səndən utanır, sən burda olanda sıxılacaq, bilirəm.

Artıq əsəblərimi cilovlaya bilmədim. Dala çəkilib qapıya var gücümlə bir təpik vurdum. Gəlin gözləmədiyi həmlədən qışqırdı.

- Dəlisəən sən? Neynirsən? Uşaqlar yatıb, anam yatıb. Qonşular eşitmir? Deməzlər bu nə səsdi gecə vaxtı?

Təkrar ikinci həmləni də qapıya endirib, bağırdım:

- Aç, qapını, qancıx! Səni doğramasam, anamın südü mənə haram olsun!

Bu dəfə səs gəlmədi. Deyəsən, içəri qaçdı. Fürsətdən istifadə edib qapıya daha güclü bir neçə zərbə endirdim. Qapı çərçivədən qopub guppultu ilə yerə düşdü. Özümü dəli kimi yataq otağına saldım. Həmayıl gecə paltarında otağın düz ortasında dayanmışdı.

- Hanı o?

- Çıx çölə, şərəfsiz? Utanmırsan qardaşının yataq otağına girirsən gecənin bu vaxtı? Eşidən-bilən olsa, adama nə deyər? Sən məni nə hesab edirsən, hə? Nəyəm səninçün, hə?

- İtil gözümün qabağından, fahişə! - deyib Həmayılı var gücümlə sinəsindən itələdim. Onun yerə sərilməyilə, taxtın altına əyilib baxmağım bir oldu. Elə bil Sərdarı özüm əlimlə qoymuşdum ora.

- Çıx, oğraş, səni doğrayacam! - deyib ayaqlarından özümə sarı dartdım. Həmayıl bunu görüb elə gecə paltarındaca özünü bayıra atdı. Özümü itirib nə edəcəyimi bilmədim. Səs-küyə uşaqların ayılacağından, bu biabırçılığı gör’cəyindən qorxurdum, düzü. Bir anın içində Sərdarın sifətinə alnımla necə vurdumsa, qanı üstümə sıçradı. Özümü gəlinin dalınca bayıra atdım. Həyət qapının astanasındaca saçından yapışdım. Pilləkənlərlə sürüyə-sürüyə yuxarı gətirdim. Sərdar otaqda yox idi. Pəncərəyə cumdum. Paltarlarını qoltuğuna vurub özünü hasara yetirdi və hasardan aşıb qaçdı. Onun dalınca qaçmaq artıq vaxt itirmək idi. Həmayıl əynindəki paltarı cırılmış, saçları yolunmuş halda otağın ortasında yerə sərilmişdi. Dəhlizə çıxıb qapını arxadan bağladım. Qardaşıma zəng elədim. Ancaq nə deyəcəyimi, necə deyəcəyimi bilmirdim. Yazıq qardaşım, namusla-şərəflə halal çörəyini qazanıb ailə saxlayırdı. Övladları üçün, ailəsi üçün canından keçməyə hazır idi. Nə biləydi ki, bu namussuz qadın onun şərəfini heç onun atılan dırnağına dəyməyən alçaq bir gədəyə satıb...

- Hə, Amil, noolub? – həyəcanlı səsi eşidildi. Təbii, gecənin bu vaxtı xeyirliyə zəng etməzdilər ki...

- Qağa...(on yaş məndən böyük idi deyə, adını çəkmirdim )

- Can qağa! Amil, noolub?

- Həmayıl ölüb....gəl...

***

Əlimizi qana batırmadıq. Qardaşım məndən daha ağıllı və təmkinli qərar verdi. Həmayılın ata-anasını, qardaşını çağırdı. Olanları necə var onlara danışdı, daha doğrusu, məni danışmağa məcbur elədi. Balalarını əlindən alıb Həmayılı da ata-anasına qoşub ata evinə göndərdi.

- Bu qadın mənim övladlarımı tərbiyə edə bilməz! - dedi...

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR