
Yasamal rayonu ərazisində yerləşən “Hale Kai” otelində əxlaqsızlıq yuvası müəyyən edilib.
Publika.az Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına
istinadən xəbər verir ki, əxlaqsızlıq yuvası İnsan Alverinə qarşı
Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat
tədbirləri nəticəsində aşkar edilib.
Belə ki, əməliyyat tədbirləri nəticəsində Yasamal rayonu ərazisində
yerləşən “Hale Kai” otelində, oranın inzibatçısı Pərvin
Qasımzadənin əxlaqsızlıq yuvası saxlaması müəyyən edilib.