İmperator: “Bir gecədə bir neçə qadın dəyişdim, amma...”
Bizi izləyin

Digər

İmperator: “Bir gecədə bir neçə qadın dəyişdim, amma...”

Françesko Totti İtalyanın ən məşhur və karizmatik futbolçularından biridir. Totti “Roma”nın "Qızıl Uşağı", Romanın “Qladyator”udur. Bəzən uğurlu futbolçu karyerası ilə yanaşı şəxsi həyatı ilə də medianın gündəmini zəbt edir.

O, həm “Roma” klubunda, həm də İtaliya millisində liderdir. Onun sinirli davranışı da gözlərdən yayınmayıb.

Publika.Az “II taym” layihəsi çərçivəsində bu dəfə İtaliyanın karizmatik və bütün xanımların sevimlisi olan futbolçu Françesko Totti haqqında məlumat verəcək.

Cərmə zərbəsindən vurduğu mükəmməl qollar, həm forvetdə həm də yarımmüdafiədə göstərdiyi performansı ilə Totti İtalyanın Dünyaya bəxş etdiyi ən yaxşı futbolçu hesab olunur.

"Tacsız Kral" adlandırılan və “Roma”da layiq olduğu yerlərə yüksələ bilmədiyi deyilən Totti bu günə qədər paytaxt nəhənginə olan bağlılığını bir an olsun sorğulanmasına icazə verməyib.

Totti müasir futbolun ən yaxşı nümayəndələrindən biri, yaraşıqlı, qüvvətli, yaradıcı, bitirici, sərt, davaçı, dost canlısı bir italyan kimi tanınır!

Tottinin uşaqlığı

Totti 27 sentyabr 1976-cı ildə İtalyanın paytaxtı Romanın San Giovanni bölgəsində anadan olub. O italiyalı Enzo və Fiorella Totti ailəsinin övladıdır.

1984-cü ildə "Fortitudo" ardından "Smit Trastevere"də və 1986-cı ildə "Lodigiani" kimi kiçik komandalarda forma geyinib.

Lakin onun karyerasında ilk yüksəliş 1989-cu ildə "Roma" klubunun gənclərdən ibarət dəstəsinə gəlməklə olub. Bununla da o, bir daha klubdan ayrılmamaq üzərə komandaya transfer olundu.

Çox kiçik yaşlarda özünü sübut edən Totti U18də İtaliya Milli Komandasının formasını geyməyə başladı və 1995-ci ilin iyulunda 18 yaşlı komandalar arasında keçirilən Avropa Çempionatına qatıldı. İtaliya milli komandası 4:1 məğlub oldu. Amma Totti komandasının yeganə qolunu vurmağa müvəfəq olmuşdu. U-21də də Avropa Çempionatı finalında yenə İspaniya ilə qarşılaşan Totti və yoldaşları İtalyan futbolunun yeni ulduz namizədinin qoluyla matçı 1-1 ilə penaltilərə daşıdı və bu səfər İspaniya üzərində üstünlük qazanaraq kuboku başları üzərinə qaldıra bildilər.

Futbolçunun üzünə tüpürdü forması əlindən alındı

Totti, İtaliyanın əsas Milli Komandası ilə ilk matçını "2000 Avropa Çempionatı"nın seçmə turunda İsveçrəni 10 Oktyabr 1998-ci ildə məğlub etdikləri matçda keçirib. Totti finallarda ilk 11-də oynadı və Rumıniya ilə Belçika matçlarında qol vurmağı bacardı. Lakin komandası əsas finalda Fransaya məğlub olduqları üçün kuboka çata bilməyib. Lakin Totti yenilən komandanın üzvü olsa da sərgilədiyi performansa görə, Fransa ilə oynadıqları finalda "Matçın Adamı" seçilir.

2002 Dünya Kubokunda İtaliya yenə xəyal qırıqlığına uğrayır. İtaliyanlar Cənubi Koreyaya məğlub olur. Totti bu səfər gözlənilən partlamanı edə bilmir və hakim Byron Moreno tərəfindən ikinci sarı kartını alaraq oyundan atıldı.

2004 Avropa Çempionatında isə Totti medianın sərt üzünü görür. O, Danimarka yarımmüdafiə oyunçusu Kristian Poulsenin üzünə tüpürür. Bu görüntü kameraların obyektivinə tuş gəlir. Bundan sonra Totti olduqca çətin vəziyyətə düşür.

Poulsen də üzünə tüpürdüyü üçün matç boyunca onun “ayağına dolaşır”, ondan hər nə yolla olur olsun intiqam almaq istəyir. Totti oyundan uzaqlaşdırılaraq, forması əlindən alınır və komandası növbəti tura yüksələ bilmir. Totti həmin turnirdə bir də forma geyinə bilmir.

“Roma”nın qüruru - “İlin futbolçusu”

Totti "Roma"nın əsas heyətində ilk dəfə 28 Mart 1993-cü ildə "Breskia" ilə səfər matçında geyinir. Burada "Roma" rəqibini 2-0 məğlub edir.1994-1995-ci ildə 21 matça çıxan Totti 4 qolu aktivinə yazdırır və mövsüm ərzində də "ilk 11"in dəyişməz bir parçası olur.

2000-ci ildə "İtaliyada İlin Futbolçusu" seçilən Totti növbəti il də bu mükafata yenidən layiq görülüb. O, "Roma"nın 1983-ci ildən ilk dəfə A seriasında çempion olmasını təmin edib.

"Roma" 2001-2002 mövsümündə çempion olan "Yuventus"dan sonra 2-ci pillənin sahibi olur. 2002-2003 mövsümündə Totti rəqib qapılarını 14 qolla sarsıdaraq ən çox qol vurduğu bir dövr yaşayıb.

Növbəti mövsüm daha çox hücuma meyilli futbolçu kimi meydanlara çıxıb. 2003-2004 mövsümündə 20 qol vuraraq karyerasının ən böyük rekordunu qırıb.

UNİCEF-in xoş məramlı səfiri, xeyriyyəçi Totti

2002-ci ildən bəri UNICEF-in xoş məramlı səfiri olan Françesko Totti nəşr etdiyi kitablarla köməyə möhtac olan uşaqlara pul yardımı edib. Şəxsi sərvətindən hər il UNICEF-ə kömək etməyə davam edən Totti Mart 2004-cü ildə "Qara mirvari" Pele tərəfindən də "Yaşayan Ən Yaxşı 125 Futbolçu" arasında göstərilib.

Ölkəsində onu çox vaxt "Dumb Roman" ("Axmaq Romalı") olaraq da adlandırırlar. Bu da meydanda sinirli davranışlar sərgiləməsi və əsasəndə “Roma” klubundan kənarda daha yüksək zirvələr fəth edəcəyi halda klubunda qalmağı üstün tutduğuna görədir.

Totti haqında olan kitabın adı da məhz “Totti haqqındakı bütün zarafatlar"dır (“Tutte le Barzellette su Totti”). Bu kitabdan qazandığı 776min 600 dolları yardıma ehtiyacı olan uşaqlara bağışlayıb.

Totti kitabında bun sətirlərə xüsusi yer verib:

"Özünüzü çox ciddiyə almayın və digərlərinin haqqınızda düşündüklərindən ötəri özünüzü mühakimə etməyin"!

Hər il, mövsüm sonunda ya da dövrə arasında haqqında bir çox transfer xəbəri çıxır. Amma Totti tam mənasıyla “Roma” aşiqidır. O, bir dəfə müsahibələrinin birində belə deyib:

“Bir gecədə bir neçə qadın dəyişdim, amma “Roma”ya heç vaxt xəyanət etmərəm”.

Totti niyə bu qədər dəyərlidir?

Totti "Ermeglio, Il Bimbo d'oro", yəni "Kiçik Qızıl Adam" olaraq çağırılır.

Romada oynayır olmasına baxmayaraq Dünyanın ən çox qazanan futbolçularından biridir. Müqaviləsini 31 May 2005-ci ildən 2010-cu ilə qədər uzatdırdıqda Totti illik dəyəri 11.4 milyon Avro olan imzayla Romaya olan bağlılığını bir dəfə daha göstərdi və "Forbes"də dünyanın ən bahalı 4. futbolçusu olmuşdu.

Onu da qeyd edək ki, Tottinin transfer qiymətini onu almaq istəyən klublar da bilmir. Çünki “Roma” Tottini heç vaxt satmaq istəmədiyi üçün ona qiymət qoymayıb.

Hazırda isə Totti sponsorlardan da aldığı pulla 15 milyon dollarlıq sərvət qazanır.

2006-cı ilin fevralında keçirdiyi matçlardan birində sol dizi qırılır. Həkimlər həmin qırılan nahiyəyə platin taxırlar. Həmin platin karyerasını davam etdirən futbolçunun dizində hələ də qalıb. Onu da bildirək ki, keçirdiyi ağır əməliyyatdan 4 ay sonra futbolçu meydanlara qayıtdı və 2006 Dünya Kubokunun ölkəsinə gətirilməsində əvəzsiz rolu oldu.

Françesko Totti haqda çox maraqlı fikirlər səslənilir:

"Gözəlliyin futbol sahəsinə endiyi an, Tottinin butsiləri geydiyi andır".

"Totti yaşıl meydanların Roma imperatorudur"

Totti 1960-cı ildə tikilən və 82min 887 tərəfdar tutumu olan Roma Olimpiada Stadionunu ən çox dolduran addır.

Futboldan kənar həyatı

Xanımların sevimlisi olan karizmatik futbolçu 19 İyun 2005-ci il tarixində sevgilisi model və televiziya spikeri Llari Blasi ilə evlənib. Onlarn bu evlilikdən Con adlı oğlu və Şanel adında bir qızları var.

Totti haqda ən maraqlı faktlardan biri onun peşəkarcasına tennis oynamasıdır. Motorsiklet də onun vaz keçilməzlərindədir.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm