Bu seçkilər Ərdoğanın gələcəyini müəyyənləşdirəcək - Rəylər - Yeniləndi
Bizi izləyin

Digər

Bu seçkilər Ərdoğanın gələcəyini müəyyənləşdirəcək - Rəylər - Yeniləndi

" Seçkilər Ərdoğanın siyasi prioritetləri baxımından həlledici ola bilər" - Rəy

Türkiyədə təhlilçilərə görə Rəcəb Təyyib Ərdoğanın siyasi gələcəyini müəyyənləşdirəcək bələdiyyə seçkiləri keçirilir(BBC).

Bu, ötən il iyunda başlayan kütləvi etirazlar və hökümət barədə korrupsiya qalmaqalı başlayandan sonra keçirilən ilk seçkilərdir.Ərdoğan seçkilərə qatılmasa da rəhbəri olan Ədalət və İnkişaf Partiyası (AKP) üçün güclü təşviqat aparıb.

Hökümətdəki korrupsiya barədə iddialar sosial şəbəkələrdə sızdırılandan sonra, seçkilər ərəfəsində hökümət Twitter və YouTube şəbəkələrini bloklayıb.

Ərdoğan deyib ki, sosial media dezinformasiya yayır.Şənbə günü İstanbulda hökümət tərəfdarları və əleyhdarları parallel mitinqlər keçirib.

Bu şəhərin mer seçkilərində müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) Ərdoğanın müttəfiqi və hazırkı mer Kadir Topbaşa qalib gəlmək istəyir. Müxalifət namizədi Mustafa Sarıgül üstüaçıq avtobusdan seyrçilərə qırmızı köynəklər atıb. Ərdoğan da vaxtilə İstanbul meri olub və müxbirimiz deyir ki, bugünkü seçkilər onun administrasiyası üzrə qeyr-rəsmi referenduma çevrilib.

Şənbə günü keçirdiyi mitinqlərdə Ərdoğan siyasi opponentlərini hədəfə alıb."Hamısı xaindir, hamısı casusdur", o İstanbuldakı tərəfdarlarına deyib. "Nə edirlər etsinlər, sabah seçkilərdə CHP-yə də, MHP-yə də, Penssylvaniaya da böyük bir dərs verək. Birlikdə bir Osmanlı silləsi vuraq".

12.25

Türkiyədə martın 30-u yerli bələdiyyələrə seçkilər 11 ildir ölkəni idarə edən baş nazir Rəcəp Tayyib Ərdoğan hökuməti üçün test kimi qiymətləndirilir. Seçkinin siyasi və iqtisadi nəticələri Türkiyə üçün nə demək olacaq?

Publika.Az xəbər verir ki, Türkiyə sənaye və iş adamları assosiasiyası TÜSİAD-ın Vaşinqton təmsilçiliyinin direktoru Barış Ornarlı Türkiyə seçkiləri və ölkədə siyasi-iqtisadi durumu "Amerikanın Səsi"nə müsahibədə şərh edib.


B. Ornarlı ölkədə ciddi bir seçki atmosferinin olduğunu deyib. “İnsanlarla danışanda siyasi vəziyyətlə əlaqədar gərginliyin artdığını hiss edirsiniz. ” O, yerli bələdiyyələrə seçkilərini həm iqtidar, həm də müxalifət partiyalarının nümayəndələrinin xalq öz fikirləri və planlarını çatdırmaq üçün mühüm imkan kimi dəyərləndirib.


B. Ornarlı iqtidarda olan Ədalət və İnkişaf Partiyasının xalq arasında hələ populyar olaraq qaldığını deyib, lakin əlavə edib ki, iqtidar və müxalifət partiyaları arasında səslərin nisbətinə diqqət yetirilməlidir. TÜSİAD-ın Vaşinqton təmsilçisi İstanbul və Ankara kimi şəhərlərdə seçkinin nəticələrinin siyasi vəziyyətə öz təsirini göstərəcəyini bildirib.



B. Ornarlı ölkədə siyasi ab-havanın gərgin olduğu bir şəraitdə iş adamlarının Türkiyə iqtisadiyyatının durumu ilə bağlı narahatlıqlarını qeyd edib.

"Ərəb baharı"nın başladığı zaman Türkiyənin bir model kimi qəbul edildiyi dövrdən fərqli olaraq, hazırda daxili siyasi vəziyyətin gərgin olduğu və insan azadlıqlarının məhdudlaşdırıldığı ölkənin nümunə ola biləcəyi ilə bağlı suallar verilir. B. Ornarlının fikrincə, Türkiyənin model olub-olmaması sualında əsas məsələ ölkənin demokratik dəyərlər və insan hüquqları prisiplərinə sadiq qalıb-qalmaması ilə əlaqədardır. “Mən hesab edirəm ki, ərəb dünyasında insanlar Türkiyənin o dəyərlərinə model olaraq baxır. Türkiyədə azadlıqların pozulması ilə bağlı hadisələr ölkənin xaricdə imicinə mənfi təsir edib.”

B. Ornalı bunun həm Türkiyənin müttəfiqləri olduğu Qərb ölkələrində, həm də Türkiyənin nüfuzunu artırmaq istədiyi bölgələrdə baş verdiyini qeyd edib.

Yerli bələdiyyə seçkiləri ölkənin gələcək inkişafına hansı təsirini göstərəcək? Bu seçkilərdən sonra Türkiyədə hansı dəyişikliklərin olacağını gözləmək olar? B. Ornarlının fikrincə, seçkilər Türkiyənin baş naziri Rəcəb Təyyib Ərdoğanın siyasi prioritetlərinin müəyyənləşməsi baxımından həlledici əhəmiyyətə malikdir. O, seçkilərin nəticələrinin sonrakı mərhələdə siyasi qərarların verilməsində böyük əhəmiyyət kəsb edəcəyini deyib.

Aydəmir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm