Şəhər karamelə qərq oldu, 21 nəfər yanaraq öldü - Dəhşətli PARTLAYIŞ
Bizi izləyin

Digər

Şəhər karamelə qərq oldu, 21 nəfər yanaraq öldü - Dəhşətli PARTLAYIŞ

1919-cu il yanvarın 15-də dünyanın ən qəribə qəzalarından biri baş verib.

Belə ki, 95 il əvvəl baş verən qəzada Boston şəhərinin bir hissəsi yapışqan və şirin mayeyə qərq olub.

Həmin gün şəhərin havası mövsümə uyğun deyildi, şəhər küçələrə axışmışdı, onların əksəriyyəti İrlandiyadan və İtaliyadan gələn immiqrantlar idi.

“Purity Distilling” şirkətinin şəkər fabrikinin çuqun sisterninin partlaması nəticəsində bütün şəhər gurultu səslərinin əsirinə çevrildi. Heç kim nə olduğunu başa düşmədi. Qəzadan sonra Boston küçələrində axan qara karamel dalğası iki mərtəbə hündürlüyə qədər qalxdı. 60 km/saat sürətlə axan maye şəhərin küçələrini öz ağuşuna aldı.

Hadisə nəticəsində iki milyon litr karamel 21 insanın ölümünə səbəb oldu. Ölənlərin bədənləri karameldən təmizlənsə də, onları tanımaq mümkün olmadı. 150 şəhər sakini isə müxtəlif travmalarla xəstəxanalara aparıldı.

Baş vermiş xaosa baxmaq üçün toplaşanlar da yapışqan şirəyə qərq oldular. Ən təəccüblüsü isə bəhməzin tezliklə bütün şəhərə yayılması oldu.

Qara dalğa bir sıra binaları dağıtdı, hətta dəmir yolunu uçurub. Bir çox heyvan qəza zamanı tələf oldu, əsasən də atlar.

Xilasedicilər hadisə yerində düz 4 gün dayanmadan işlədilər.

Baş vermiş hadisənin nəticələrini aradan qaldırmaq üçün şəhərə ABŞ-ın Hərbi-Dəniz Qüvvələrləri girsə də, yenə də küçələri karameldən təmizləmək üçün yeni qüvvələr lazım oldu. Yerli sakinlər uzun müddət öskürəkdən və havasızlıqdan əziyyət çəkdilər.

Qəzadan sonra Boston limanı yarım il ərzində qəhvəyi rəngdən qurtula bilmədi.

İnanmaq çətin olsa da, Bostonun bəzi sakinləri iddia edir ki, indiyə qədər də isti günlərdə şəhərin köhnə binalarından karamelin qoxusu gəlir.

Nərgiz

Oxumağa davam et
Reklam
Reklam

Gündəm