Digər
Əkrəm Əylisliyə Fizika mükafatı
Sabir deyib ki, "mən ciyərimi bu millətin yolunda fəda etdim. Ömür vəfa etsəydi, sümüklərimi də bu millətin yolunda qurban verərdim".
De görüm bu məmləkətdə camaat üçün heç olmasa kor bağırsağını peşkəş edəcək nə qədər şair, yazıçı və var? Bilmirsən? Hardan biləsən axı? Kimi dindirsən “sevgili millət və uca xalq” yolunda şəhid olmağa hazır. Kimə inanasan?! Bircə Salam Sarvan dedi ki, mənim bu xalqa borcum-zadım yoxdu. Elə düz də dedi. ( Düşündüm ki, mənim də dostuma 10 manat borcum var. Onu da xalqdan saymasam, bütün məsulliyyətdən qaçmaq olar )
Nitşe yazır ki, insanlar iki dəfə ölür. Birinci dəfə cismən, ikinci dəfə isə əbədi olaraq yaddaşlardan silinəndə. Bu minvalla hələ sağ olan (Allah can sağlığı versin) bir sıra yazıçıların taleyi çox qaranlıqdı. Dünyadan köçən sabirlər, cəlillər isə hələ yaşayır. Sağ ola-ola ölənlərə rəhmət.
Nitşedən sitat gətirməyimə aldanmayın, axırıncı dəfə fəlsəfə kitabını 3 il bundan əvvəl bukinistdə əlimə götürmüşəm. Qiyməti baha idi, qoydum yerinə. Bu, ağıllı görünməyə bir cəhd idi. Ağıllı görünmək demişkən, bir iş yoldaşım var, işdəki boş saatlarımda kitab oxumağımı görüb xeyli həvəslənib. Təvazökarlıqdan uzaq da olsa, bir-iki kitab adı bilən adam kimi, mən də bir-iki məsləhət verdim. O da sağ olsun, məsləhəti qulaq ardında vurmayıb, dediyim kitablardan asta-asta alıb oxuyur. Bu öz yerində. Dünən başqa bir iş yoldaşım isə mənə deyir ki, sən buna çox kitab filan vermə, bu bir-iki dənə kitab oxuyub, özünü çox "ağıllı" aparmağa başlayıb, başını da bir xeyli yuxarı qaldırıb gəzir. Dedim eybi yox, düzələcək. Hələ təzədi. Bir iki kitab da oxuyandan sonra anlayacaq və istər-istəməz başını aşağı salacaq.
Başımız həmişə aşağı olsun. Xahiş edirəm bunu bəd dua kimi qəbul etməyin.
Başı məcburi aşağı salınan Ə. Əylislinin də Nobel Sülh Mükafatına namizədliyi verilib. Çox yaxşı. Bəlkə Moşu müəllimin sayəsində adımız tarixə düşdü. Bəs niyə Sülh mükafatı? Məncə, elə yazıçı öz işiylə məşğul olmayanda, ona sülh mükafatı da verərlər, lap fiziklərə verilən mükafatı da.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!