• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Təpiyi kimə atırıq?

  • Digər
  • 2 Aprel 2014 17:00
  • 3 146 Baxış
Təpiyi kimə atırıq?

Savalan Talıblı

Səs salma, yatanlar ayılar, qoy hələ yatsın,

Yatmışları razı deyiləm kimsə oyatsın… (M.Ə.Sabir)

Uşaqlıqdan müəllimlərə, bir də yazı-pozu adamlarına, şair və yazıçılara həmişə həsəd aparmışam, onlara xüsusi simpatiyam olub. Müəllimlərin qərar tutduğu ucalığı Tanrıya yaxın hesab etmişəm. İlk məktəb illərimdən müəllimlərimin, xususən də birinci sinifdə bizə dərs deyən Vəsilə müəllimənin adi insan olmadıgını düşünmüşəm. Düzü, hamı kimi mən də müəllimin həyat tərzinin tamam başqa cür oldugunu, bizlərdən fərqləndiyini zənn etmişəm. Uşaqlıgımda bu arzudaydım ki, kaş mənə dərs deyən müəllimlərimdən biriylə qonşuluqda yaşayım, onun yaşayışını, həyat tərzini izləyim. Görüm o, necə yatır, necə durur və yaxud da yatırmı, bazara gedirmi, gedəndə də nə alır? Həmişə düşünürdüm ki, müəllimin uşaqları əlaçı olur, yaxşı qiymətlər alır.Bunlar mənim uşaqlıq fikirlərimdi. Baxmayaraq ki, atam da ixtisasca filoloqdur - müəllimdir. Amma heç vaxt atamla müəllim-şagird münasibətində olmamışıq. Köklü-köməcli üzülüb gəldiyimiz ata-baba yurdumuzda zamanı bir az da qabaqlayan məktəblərimiz olub. Elə atamın da direktor oldugu məktəb, Ermənistan SSR deyilən məkanda birincilər siyahısında idi. Məktəbimizin, müəllimlərimizin adları həmişə fərqlənən adlar içində çəkilib. Sonuncu 1988-ci ilin deportasiyası olmasaydı, çox güman ki, mən də atamın şagirdi olacaqdım. Amma təəssüf... çox erkən yaşımdan taleyimə qaçqınlıq, köçkünlük boyda bir yazi yazıldı. Müəllimim atam yox, həyat oldu...

Usaqlıq arzularimdan biri müəllim olmaq olub. Universitetə hazırlaşanda bəzi səbəblərdən bu fikrimdən vaz keçdim. Sonra kosmonavt olmaq istədim. Kosmonavt olmamağıma səbəb isə Yuri Qaqarinin nakam taleyi oldu. Heç özüm də bilmədən uşaqlıq illərindən gəlib 30 yaşa yetişdim...

Bu günlərdə gördüyüm ürək göynədən bir hadisə məni çox təsirləndirdi: Polis meyvə-tərəvəz satan uşagın üstünə qışqırırdı:

-Sənə deyirəm götür bunları!

Baxmayaraq ki, ətrafda çoxlu belə “toçkalar" da fəaliyyət göstərirdi. Uşaq isə “müəllimindi”, “müəllimindi” deyə vəziyyətdən çıxış yolu tapmaq istəyirdi.

-Nə müəllim, əəəəəəəəə, müəllim kimdi? Götür!- deyə yeşikləri təpikləməyə başladı.

Əslində bu körpə uşaq bir tikə çörək pulu qazanır. Onun tay-tuşları məktəbdə, körpə isə küçədə səyyar ticarətlə məşquldur. Çox güman ki, Abbas Səhhətin “Məktəb şagirdi” şeirindən bu uşağın taleyi keçmir:

İştə bir tərbiyəli, aqil bir uşaq,

İştə bir zirək, ayıq, kamil uşaq,

Geyinib məktəbli formasını,

Götürüb qoltuğuna çantasını,

Məktəbə şövqi-tama ilə gedir,

Keçməsin vaxtı deyə sürət edir.

Yazdığım bu cızma-qara gördüyüm hadisənin ovqatından yarandı. Fikirləşdim ki, bütün faciələrimizin, agrılarımızın başında müəllimə olan belə insafsız münasıbət durur. Heç olmasa, o polis, uşagın “müəllimindi” dediklərindən çəkinib, təpiklərini saxlamalıydı. Bu gün bizim yüksək nəyimiz varsa, nəyimiz qalıbsa, müəllimin, məktəbin bəhrəsidir. Biz müəllimlərimizə, məktəblərimizə borcluyuq.

“Mən müəllim deyiləm. Sadəcə,sənə özünü öyrənməyə kömək edirəm” deyən dünya şöhrətli aktyor və idmançı Brüs Linin təbirincə desək, biz təpiyi müəllimə yox, bizə, özümüzü öyrədənə atırıq.

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR