Bu ay Musiqili Teatrda maraqlı tamaşalar olacaq
Bizi izləyin

Digər

Bu ay Musiqili Teatrda maraqlı tamaşalar olacaq

Azərbaycan Dövlət Musiqili Teatrı may ayı üçün repertuar planını açıqlayıb.

Qurumun mətbuat xidmətindən bildirilib ki, teatr bu ay da zəngin və maraqlı repertuarla çıxış edəcək. Ay ərzində tamaşaçıların böyük maraq və sevə-sevə izlədiyi tamaşalar - “O olmasın, bu olsun”, “Ər və arvad”, “Baladadaşın toy hamamı”, “Qızıl toy”, “Mən dəyərəm min cavana”, “Amerikalı kürəkən”, “Qısqanc ürəklər”, “Talelər qovuşanda” və başqa səhnə əsərləri təqdim ediləcək. Habelə rusdilli və balaca tamaşaçılar “Düyməcik”, “Qızıl cücə”, “Yağış göbələyinin macərası”, “Qırmızı papaq”, “Dəcəl çəpişlər” və digər tamaşaları izləyə biləcəklər.

Tamaşaçılar nümayiş olunacaq səhnə əsərlərində sevimli aktyorları - Xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, Ramiz Məmmədov, Əməkdar artistlər Səmayə Musayeva, Novruz Qartal, Nahidə Orucova, Ələkbər Əliyev, Almaz Ələsgərli, Boris Qrafkin, Emma Məlikova, Əzizağa Əzizov, Svetlana Bulax, Şövqi Hüseynov, Nərgiz Kərimova, Çingiz Əhmədov, Səidə Şərifəliyeva, Əkbər Əlizadə, aktyorlar Məhərrəm Qurbanov, Rəsmiyyə Nurməmmədova, Nadir Xasıyev, Möylə Mirzəliyev, Ağaxan Şərifov, Gülcahan Salamova və başqalarının ifalarını izləyə biləcəklər.

Mayın 14-15-də ABŞ-ın ölkəmizdəki səfirliyinin təşkilati dəstəyi ilə Azərbaycan Dövlət Musiqili Teatrı və ABŞ-da fəaliyyət göstərən “Company-E” şirkətinin ortaq musiqi layihəsi kimi “Brodvey ” konsert-proqramı təqdim olunacaq.

Biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə etmək olar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm