Hakim partiyadan müharibə XƏBƏRDARLIĞI: Ermənistan bu addımı atarsa...
Bizi izləyin

Digər

Hakim partiyadan müharibə XƏBƏRDARLIĞI: Ermənistan bu addımı atarsa...

Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-partiyanın icra katibi, Baş nazirin müavini Əli Əhmədov Ermənistanda qondarma “DQR”-in tanınması ilə bağlı qanun layihəsinin parlamentə göndərilməsi məsələsinə münasibət bildirib.

Baş nazirinin müavini Əli Əhmədov Publika.az-ın sualına cavabında deyib ki, belə hərəkətlər Ermənistan tərəfindən törədilən yeni təxribat kimi qiymətləndirilir: “Hesab edirəm ki, Ermənistan belə bir addımı atmağa cürət etməz. Bu, beynəlxalq birlik və təşkilatların tövsiyə etdikləri danışıqların prosesinin sona çatdırılması demək olardı. Bu addımın atılması Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi üçün özünün məqbul bildiyi bütün hərəkətləri etməsini səbəbləndirmiş olar. Mən bütün hallarda bunu təxribat hesab edirəm. Güman edirəm ki, istər beynəlxalq, istərsə də regional güclər Ermənistanı bu addımından yan keçməsinə təsir edə bilib. Bildiyiniz kimi, Rusiyanın xarici işlər naziri belə bir qərarın qəbul olunmasının bütövlükdə problemin həll edilməsi kontekstində çətinliklər yaradacağı ilə bağlı xəbərdarlıq etmişdi. Bu xəbərdarlığın da təsiri olub. Digər tərəfdən ABŞ-ın, beynəlxalq ictimaiyyətin burada əhəmiyyətli rolu olub”.

Ə.Əhmədov qeyd edib ki, bundan sonra da bu cür təxribatların olacağı gözləniləndir: “Bir şeyi qəti şəkildə deyirəm ki, Azərbaycan haqq işindən əl çəkməyəcək. Münaqişənin nizama salınması üçün danışıqlar prosesinə üstünlüyün verilməsi heç bir halda Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi niyyətinin alternativi kimi qəbul oluna bilməz. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə vurğulayıb ki, torpaqların azad edilməsi niyyətinin alternativi yoxdur. Azərbaycan ərazi bütövlüyü heç zaman müzakirə predmeti ola bilməz. Azərbaycan xalqı, ordusu torpaqların işğaldan azad edilməsi iradəsinin ortaya qoyub. Bu, həmişə belə olacaq. Əgər Ermənistan tərəfi yenə də təxribata əl atacaqsa, bunun bir cavabı olacaq”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm