Hafiz Hacıyev almaniyalı diplomatla görüşüb
Bizi izləyin

Digər

Hafiz Hacıyev almaniyalı diplomatla görüşüb

Hafiz Hacıyev Almaniyalı diplomatla görüşüb .

Bu gün Muasir Musavat Partiyasının sədri Hafiz Hacıyev Almaniyanın Azərbaycandakı fövqaladə və səlahiyyətli səfirinin birinci katibi .Frederik Hanke ilə onların mənzil qərargahında görüşüb.Görüşdə MMP-nin İdealoji İşlər üzrə müavini Təranə Ramazanova da iştirak edib.

MMP Mətbuat Xidmətindən Publika.Az-a verilən xəbərə görə, görüş əsnasında Azərbaycan-Almaniya münasibətləri haqda ətraflı və maraqlı fikir mübadiləsi aparılıb.Bu münasibətlərin daha da dərinləşdirilməsinin perespektivləri müzakirə edilib.

Daha sonra bütövlükdə Azərbaycanın Avroatlantik məkana inteqrasiya olunma cəhdləri, superdövlətlə münasibətlərin daha da inkişaf etməsinə toxunulub .Tərəflər arasında regionda və ölkədəki siyasi durum, 2013-cü il oktyabrın 9-da Azərbaycanda keçirilən prezident seçkisi də müzakirə olunub.Görüşdə seçki dövründə və seçkidən sonra Qərbin Azərbaycana qarşı yürütdüyü siyasət ,tutduğu mövqeyə də toxunulub.

Almaniyalı diplomat isə danışılan hər sözə diqqət verdiyini və önəm verdiyini deyib.Almaniyanın Azərbaycanın demokratik inkişafında maraqlı olduğunu qeyd edən diplomat , mənsub olduğu dövlətın bu yöndə səy göstərdiyini deyib.

Toplantinin sonunda qərara alınıb ki,MMP ilə Almaniya səfirliyi arasında mütəmadi olaraq görüşlər keçirilsin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm