20 Yanvar faciəsi şahidlərin dilindən
Bizi izləyin

Digər

20 Yanvar faciəsi şahidlərin dilindən

Bu gün Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşkilatçılığı ilə 20 Yanvar - Ümumxalq Hüzn gününə həsr olunmuş dəyirmi masa keçirilib.

Publika.Az-ın verdiyi xəbərə görə, dəyirmi masada ictimaiyyət nümayəndələri, ziyalılar, QHT təmsilçiləri iştirak ediblər.

Tədbirdə çıxış edən AVCİYA-nın vitse-prezidenti Vəli Əlibəyov 20 Yanvar faciəsi barədə ətraflı məlumat verib. O tədbirdə çıxış edəcək şəxslərin məhz hadisələrin şahidi, iştirakçısı olduğundan onların çıxışlarının son dərəcə önəmli olduğunu deyib.

AVCİYA-nın nümayəndəsi Kamil Səlimov həmin dövrü xatırlayaraq, Nazirlər Kabineti ilə SSRİ Ali Soveti arasında olan münasibətlərdən və bunun faciənin törədilməsinə necə təsir etməsindən danışıb:

“20 Yanvar hadisələrinin baş verməsində Ermənistanın rolu danılmazdır. Həmin dövrdə SSRİ Ali Soveti ilə Nazirlər kabinetininqərarları üst-üstə düşmürdü. Heydər Əliyevin də hakimiyyətdən uzaqlaşdırılması da qurulmuş planın tərkib hissəsi idi.

20Yanvar günü ordunun Bakıdaya girməsi də qənunsuz idi. Bakıya hücum edilməsi ilə bağlı M.Qarbaçov yanvarın 19-da qərar verdi, yanvarın 20-də isə qərar qəzetdə çap edildi. Qərar çap edilmədən artıq ordu Bakıya girmişdi. Bundan başqa, qanunvericiliyə əsasən, SSRİ Ali Sovetinin verdiyi qərar o zaman qüvvəyə minə bilərdi ki, bu Azərbaycan Ali Sovetində təsdiq edilsin. Lakin həmin gün bütün qanunun tələbləri pozulmuşdu”.

Daha sonra həmin dövrdə Moskvada işləyən jurnalist Altay Zahidov çıxış edərək faciə günü ilə bağlı xatirlərini bölüşüb:

“Biz Moskvada olduğumuzdan informasiya biz daha gec çatdı. Amma ən maraqlı məqam odur ki, həmin vaxt Heydər Əliyev heç kimin cəsarət etmədiyi işi gördü. O, İlham Əliyev və Mahmud Məmmədquliyevlə birlikdə dünyan informasiya agentlikləri, qəzetlərinin jurnalistləri qarşısında çıxış edərək SSRİ rəhbərliyini tənqid etdi. Düzdür, o çıxışdan əvvəl çox həyəcanlı idi, elə görünürdü ki, sanki dünya dağılıb. Amma hadisənin ağırlığına baxmayaraq o gücünü topladı və çıxışını etdi. Hadisədən onun necə təsirləndiyini hiss etməmək mümkün deyildi.

Lakin biz informasiya almaqda çətinlik çəkirdik. Bakıda kiminlə əlaqə saxlamağa çalışırdıqsa, heç kim informasiya vermirdi. Düşünmürəm ki, informasiya blokadada idi, sadəcə jurnalistlər qorxurdular”.

Həmin dövrdə Azərbaycan Dövlət Televiziyasında rəhbər vəzifədə çalışmış Ənvər Qafarlı yaşadıqları çətinliklər, qoyulan məhdudiyyətlərdən danışıb.

Dəyirmi masada çıxış edənlər 1980-ci illərin sonlarında yaranmış ictimai-siyasi vəziyyət və 20 Yanvar faciəsini doğuran səbəblərdən, 20 Yanvar faciəsinin Azərbaycan milli-azadlıq hərəkatında yeri və rolundan danışıblar.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm