• USD 1,7008 0,00% EUR 1,9988 +0,13%
    • GBP 2,1901 -0,11% RUB 0,0288 +0,35%

“Gənc memarların xəyalları” adlı sərgi keçirilib

  • Digər
  • 18 May 2016 18:15
  • 280 Baxış
“Gənc memarların xəyalları” adlı sərgi keçirilib

Mayın 18-də Azərbaycan İstiqlal Muzeyində Beynəlxalq Muzeylər Gününə həsr olunmuş “Gənc memarların xəyalları” adlı tədbir və sərgi keçirilib.

Tədbirdə muzeyin direktoru Fəridə Şəmsi, Beynəlxalq Maarifçilik Akademiyasında dekorativ-tətbiqi sənət üzrə rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü Aygün İsgəndərova, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dekorativ-tətbiqi sənət fakültəsinin dekanı İmran Kərimov çıxış edərək bu əlamətdar günün əhəmiyyətindən söz açıblar.

Bildirilib ki, Beynəlxalq Muzeylər Günü 1977-ci ildə Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə təsis edilib. Həmin gün bütün muzeylərdə “Açıq qapı” elan edilir, müxtəlif tədbirlər və sərgilər təşkil olunur. Bu il Beynəlxalq Muzeylər Günü “Muzeylər və mədəni landşaftlar” mövzusuna həsr edilib.

Tədbirdə Təhsil Nazirliyi Təhsil Alan Gənclərin Respublika Bədii-Yaradıcılıq Evinin üzvləri musiqili kompozisiya təqdim ediblər.

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.

Sərgidə Azərbaycan Memarlıq və İnşaat Universiteti tələbələrinin, habelə digər rəssamların 34 əsəri yer alıb.

Загрузка...

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>