Abbasdan Zamiqə sərt sözlər: “Paxıl olma…”
Bizi izləyin

Digər

Abbasdan Zamiqə sərt sözlər: “Paxıl olma…”

Əməkdar artist Abbas Bağırov bir çox kişi həmkarlarının onu təkrarladığını iddia edib.

Axşam.az-ın məlumatına görə, müğənni “10-dan sonra” verilişində ilk dəfə saqqalı onun saxladığını deyib: “Saqqal saxladım, hamı təkrar elədi. Saç formamı dəyişdim, hamı təkrarladı. Əvvəl balaca eynəyim vardı, sındı, indi böyüyünü taxıram. Hamı başlayıb böyük eynək taxmağa”.

Abbas Zamiq Hüseynovun onun çantasının eynisindən aldığını iddia edib: “İnstaqram səhifəmə baxsanız, görərsiniz ki, bu çantanı mən çoxdan almışam. Zamiq də onu məndən sonra alıb və şəklini sosial şəbəkədə qoyub. Heç nə olmaz, problem deyil. Amma gizlətməsinlər, utanmalı heç nə yoxdur. Mən daşıdım, sonra sən etdinsə, çəkinmək lazım deyil. İnsan heç nədə paxıl olmamalıdır”.

Müğənni heç vaxt dəbi izləmədiyini deyib: “Nəyi bəyənsəm, geyinəcəm. “Bu rəng dəbdədir, mütləq belə geyinim” demirəm.

Kimsə danışırsa, sakit durub ona qulaq asmayacam, Hərdən cavabların da verəcəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm