Bakıda ali məktəbdə FACİƏ - Ölən və yaralanan var
Bizi izləyin

Digər

Bakıda ali məktəbdə FACİƏ - Ölən və yaralanan var

Politexnik Universitetinin 3 və 4-cü mərtəbələri arasında təmir-tikinti işləri zamanı eyvanda uçqun olub

Azərbaycan Texniki Universitetində bədbəxt hadisə baş verib. Yasamal Rayon 28-ci polis bölməsindən verilən məlumata görə, hadisə yanvarın 16-da baş verib. 3 və 4-cü mərtəbələrin arasında təmir-tikinti işləri zamanı eyvanda uçqun olub.

Nəticədə orada fəhlə işləyən və hadisə zamanı yıxılan 41 yaşlı Masallı rayon Ərəb kənd sakini Daşqın Çərkəz oğlu Vəliyev ölüb. Daha bir fəhlə isə bədən xəsarətləri alıb. 39 yaşlı Bakı şəhər sakini Oqtay Sərbaz oğlu Məmmədov qapalı kəllə beyin travması ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır./Anspress

Oxumağa davam et
Reklam
Reklam

Gündəm