Saakaşvili qaz oğurlayırmış
Bizi izləyin

Digər

Saakaşvili qaz oğurlayırmış

2006-cı ildə müflis olmuş “Tbilqaz” hökumət tərəfindən hərraca çıxarılıb. 12,5 mln. dollar ödəyən Qazaxıstan şirkəti Tbilisi qazpaylayıcı şəbəkəsini alıb

Gürcüstan prezident sarayında keçmiş dövlət başçısı Mixail Saakaşvili dövründə sayğacdan kənar təbii qaz istifadə olunub.

Publika.Az –ın “Qruziya onlayn”-a istinadən məlumatına görə, bu haqda Gürcüstan Energetika Nazirliyi və “KazTransqaz” Tiflis qazpaylayıcı şirkətinin nümayəndələri mətbuat konfransında bildiriblər.

Qeyd edək ki, 2006-cı ildə müflis olmuş “Tbilqaz” hökumət tərəfindən hərraca çıxarılıb. 12,5 mln. dollar ödəyən Qazaxıstan şirkəti Tbilisi qazpaylayıcı şəbəkəsini alıb.

Prezidentin sarayı M.Saakaşvilinin təşəbbüsü ilə tikilib. Saakaşvili 2004-2009-cu illərdə tikilən prezident sarayında 2013-cü ilin noyabr ayının ortalarına kimi işləyib. Hazırkı prezident Georqi Marqvelaşvili isə belə dəbdəbəli və bahalı iqamətgahda işləməyi arzu etmədiyini, sarayın saxlanması üçün xeyli vəsaitin lazım olduğunu bildirib.

Gürcüstan energetika nazirinin müavini İlya Eloşvili prezident sarayında “KazTransqaz” şirkəti tərəfindən aparılan yoxlamalar zamanı sayğaclara qoşulmayan qaz xətlərinin aşkar edildiyini deyib. Təbii qaz mətbəxə və bir sıra yardımçı tikililərə verildiyini bildirən İ.Eloşvilinin sözlərinə görə, prezident sarayında hər ay sayğac üzrə 2,8-3,4 min dollarlıq təbii qaz işlədilirdi.

“KazTransqaz”ın nümayəndələri qanunsuz qaz xətlərinin möhürləndiyi və cərimənin dəqiq məbləğinin müəyyənləşdiriləcəyini deyib.

Prezidentin sarayının gələcəkdə Gürcü-Amerika Texnologiya Universiteti və yaxud İncəsənət Muzeyi olaraq istifadəsi planlaşdırılır.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm