ABŞ-da Rusiya vətəndaşı kimi yaşayan ən cazibədar qadın - FOTOLAR
Bizi izləyin

Digər

ABŞ-da Rusiya vətəndaşı kimi yaşayan ən cazibədar qadın - FOTOLAR

Əsil adı Mariya Yuryevna Şarapova olan rusiyalı gözəl karyerasına Amerikada başlayıb. “Vimbledon Tennis Turiniri”nin qalibi olub və ikinci ən gənc tennisçi adını qazanıb. Gözəl tennisçi idmançı karyerasından əlavə mütəlif xüsusiyyətləri ilə yadda qalıb.

Publika.Az bu dəfə oxucularına “II taym” layihəsində ən cazibədar və ən gözəl idmançı barədə məlumat verəcək.

Çernobıl qəzasından qaçıb Rusiyaya sığındılar

M. Şarapova, 1987-ci il aprelin 19 -da Rusiyanın Nyaqan şəhərində dünyaya gəlib. Onun ailəsi qızları dünyaya gəlməzdən 1 il əvvəl-1986-cı ildə Çernobıl nüvə qəzasından sonra Belarusiyadan Rusiyaya köçüblər.
Şarapova müsahibələrinin birində Çernobıl hadisəsi ilə bağlı belə danışıb:

“Bütün həyatım dəyişdi. Anam Çernobılda qəza baş verərkən mənə hamilə imiş və Belarusiyada yaşayırmış. Təbii ki, fəlakət zamanı hamımız üçün həyati təhlükə meydana gəlibmiş. Ailəm bu qəzadan sonra təcili şəkildə ölkədən köçməyi qərara alıb. Çernobıl qəzası baş verməsəydi, mən böyük ehtimalla Belarusiyada dünyaya gələcəkdim. Bu isə mənim üçün daha yaxşı olardı. Ora mənim vətənimdir. Bəli, bizim köçə bilmək üçün imkanımız, pulumuz var idi. Bizim qədər şanslı olmayanlar, o faciənin və nüvə təhlükəsinin ortasında qaldı. Çernobılla hadisəsini yaşayanlar üçün əhəmiyyətli mesajlar vermək lazımdır. Yaşandı, bitdi demək olmaz. Bir çox ailələr, o fəlakətdə zərər gördü. Yalnız onlar deyil, onların uşaqları və nəvələri də bundan əziyyət çəkdi. Lakin elə bir zamanda yaşayırıq ki, insanlar Çernobıl deyə bir faciənin olduğunu unudub”.


Ən gənc tennisçi

Şarapova 7 yaşındaykən atası tərəfindən Amerikaya gətirildi və Floridada Bradenton şəhərində "Nik Bollettieri Tennis Academy"də dərslərə başladı. Bir neçə il sonra gənc tennisçinin anası da onlara qatılır, Amerikaya gəlir. Şarapovanın uşaqlığı Amerikada keçməsinə baxmayaraq o, həmişə rus vətəndaşı olaraq qalıb. Kortların gözəli Amerikada Rusiya vətəndaşı olaraq qalmasını belə şərh edib:

“7 yaşımda Amerika ilə tanış olarkən hər şey o yaşa görə mənə problemsiz gəlirdi. Lakin böyüdükcə anlayırdım ki, burada yaşamağımın elə bir üstünlüyü də yoxdur. Oraya getməyimin səbəbi də, tennisdə güclü bir potensialımın olduğunun deyilməsi idi. Həyat boyu bütün məqsədim tennisdə qələbələr qazanmaq idi. Bu səbəbdən, gözəllik mənim üçün önəmli olmadı”.

2004-cü il iyulun 3-də Serena Uiliamsı 6-1 və 6-4-lük setlərlə 2-0 məğlub edərək “Uimbledon” tennis turinirinin qalibi oldu və ikinci ən gənc tennisçi adını qazandı. 2006-ci ildə isə Castin Henini 6-4-lük hesabla 2 setdə keçərək karyerasında ikinci “Grand Slam” Amerika Açıq tennis turnirində qələbə qazandı.

2008-ci ildə Avstraliya Açıq finalında Ana İvanoviçi 7-5 və 6-3 məğlub edərək çempion oldu. Çempionat ərzində dünyanın 1 nömrəli idmançısı Castin Henini (6-4; 6-0) və tennisin 4-cü ən parlaq ulduzu sayılan Yelena Yanikoviçi də (6-3; 6-1) rahat şəkildə məğlub etdi. 2012-ci ildə Roland Qarros finalında Sara Erraniyi (6-3 və 6-2 lik setlərlə) 2-0 məğlub edərək çempion oldu. Beləliklə, “Grand Slam” çempionu olan 6-cı qadın tennisçi olaraq tarixə düşdü.


100 desibeli aşan qışqırıqlar

Matçları zamanı 100 desibeli aşan qışqırıqları ilə məşhurlaşan idmançı buna görə dəfələrlə xəbərdarlıqlara məruz qalıb. Buna baxmayaraq o bu xasiyyətindən hələ də əl çəkməyib. Mütləq qazandığı görüşlərə “qışqırıqları” ilə son qoyur.

Ən cazibədar idmançı xanım

Amerikanın məşhur “Men 's Health” jurnalı "Dünyanın ən seksual qadın idmançıları"nın siyahısını açıqlamışdı. Bu siyahının ilk "10-luq"unda Şarapovanın da adı var. Cazibadar gözəl dəfələrlə - 2004, 2005, 2006, 2007-ci illərdə bu siyahıda yer almışdı. 25 yaşındakı tennisçi tez-tez kişi jurnallarının üz qabığında olan nadir idmançılardandır.

Türkiyədə turnirə qatılan idmançı “Bütün Belarusiyalı qızlar gözəlmi?” sualına gülərək maraqlı bir tərzdə cavab verib: “Gözəllik yalnız Belarusiyaya xas yox, yəqin bütün rus xanımlarına aiddir. Baxdıqda dərhal başa düşülür ki, bu qadın rusdur ya yox? Bədən rəngi başqadır. Rus xanımlarında bir dirilik, xüsusi fərqlilik var”.


Dünyanın ən zəngin qadın idmançısı

Gənc olmasına baxmayaraq bir çox uğurlara imza atmış Şarapova 2011-ci ildə 27.9 milyon dollarlıq varidatı ilə “Forbes” jurnalı tərəfindən dünyanın ən çox qazanan qadın idmançısı seçilib. Rusiyalı gözəl “ən zəngin idmançılar” siyahısında 35-ci yerdə qərarlaşmışdı. Bundan əlavə Şarapova yanvar ayında Nike firması ilə 8 illiyinə 70 milyon dollarlıq bir müqaviləyə imza atıb. O, bir çox məşhur firmaların reklam üzüdür. Bununla yanaşı “Head”, “Evian”, “Clear”, “Sony Ericsson”, “Tiffany” və “Tag Heuer” kimi markaların reklam çarxlarında yer alıb. Onun bir il ərzində kortlardan qazandığı gəliri 5,9 milyon dollardır. Varidatının 22 milyon dollarını isə kortlardan kənarda qazanır.

Ağıllı biznesmen

Şarapova çox ağıllı bir iş qadını kimi də tanınır. 2012-ci il avqustun 21-də 25 yaşlı rus idmançı tamamilə özünə aid olan şirniyyat markası - “Sugarpova”nı yaratmaqla ilk biznesini qurur.

İllərdir bir çox markanın tanınmış üzü kimi diqqət çəkən Şarapova özünün yeni şirniyyat markasıyla bağlı belə danışıb:

“Bir şeyin 100 faiz sahibi olmaq istədim. Öz pulumu qoydum və işləmək istədiyim insanlarla işləyirəm. Əyləncəli və gənclər üçün nəzərdə tutulmuş bir iş qurmaq istəyirdim. Şirniyyat markası fikri bir az da buradan gəldi”.

Qeyd edək ki, rezin konfetlər tennisçinin İspaniyadakı zavodunda istehsal olunur. “Sugarpova”nın bir neçə ölkədə filialları da var.

Şarapovanın sevgililəri

Tennisdə bir çox uğurlara imza atan Şarapova bir müddət “Maroon 5” adlı musiqi qrupunun solisti Adam Levine ilə sevgili olub. Onlar bir müddət sevgili kimi yaşamalarına baxmayaraq ayrılmalarına səbəb kimi özəl həyatlarındakı uyğunsuzluğu göstəriblər. Belə ki, Şarapovanın musiqiçi sevgilisi gözəl tennisçinin yataqda ölü bir qurbağaya bənzədiyini söyləmişdi. “Mariya sadəcə ölü qurbağa kimi yatır”.

Daha sonra rus gözəli “NBC Sports”un prezidenti Dik Ebersolun oğlu Çarli Ebersolla birlikdə olur. Çox qısa zaman davam edən bu sevgi məcarası ayrılıqla nəticələnir. Bundan əlavə sevgililərinin sayının çoxluğu ilə xatırlanan futbol ulduzu Ronaldonun növbəti “ovu”nun Şarapova olduğu yazılır. Futbol həyatından əlavə gözəl və maniken sevgilliləri ilə diqqətləri üzərinə çəkən Ronaldonun rus gözəlini hədəfə aldığı deyilir. Lakin bir müddət sonra bu xəbər hər iki tərəfin mətbuata verdiyi açıqlamalarla təkzib edilir.

Bu xəbərlərin yayıldığı dövürdə Şarapova artıq məşhur basketbolçu Saşa Vuyaçiç ilə birlikdə idi. Uzun müddət davam edən münasibətdən sonra cütlük nişanlanmaq qərarına gəlir. Bir il davam edən nişanlılıq müddətindən sonra azarkeşləri onların evlənəcəyini gözləyərkən ani bir qərarla ayrıldıqlarını elan edirlər:

“Birlikdə çox gözəl illər keçirdik. Ancaq, Saşa və mənim karyera planlarımız bizi uzaqlaşdırdı. Xüsusilə, onun Türkiyəyə transfer olmasından sonra görüşə bilmədik. NBA-da oynayarkən Türkiyəyə getdi və burada olduğu 10 ay ərzində heç ABŞ-a gəlmədi. Məsafənin uzaqlığı səbəbiylə çox səyahət etmə şansı olmadı. Mənim də onun yanına getməyim çətin olduğu üçün görüşə bilmədik. Sonunda çox çətin də olsa ayrılmaq qərarı verdik”.

Kortların gözəli indi özü kimi tennisçi olan bolqaristanlı 23 yaşlı ulduz Qriqor Dimitrovla birlikdədir. Qeyd edək ki, Qriqor Dimitrov Şarapovadan 4 yaş kiçikdir. Dimitrov hələ uşaqlıqdan Şarapovanın ən böyük pərəstişkarı olub. Uşaqkan bir azarkeş olaraq onunla şəkillər belə çəkdirib. İndi o uşaq Şarapovanın ürəyini və sevgisini qazanıb.

Dimitrovun uşaq vaxtı Şarapovayla çəkdirdiyi şəkillə indi sevgiliykən olan rəsimləri sosial şəbəkələrdə paylaşılıb.

Gözəl tennisçinin əldə etiyi mükafatlar
Ümumi mükafatları:
19,323,417 dollar
Təklər- Karyerası: 456 matç-111 qələbə
Ümumi kubok: 31 WTA
Ən yüksək reytinqi: 1nömrə, 22 Avqust, 2005

Grand Slam nəticələri:
Avstraliya Açıq Turnir (2008)
Fransa Açıq Turnir (2012)
Uimbledon Turnir (2004), F (2011)
Amerika Açıq Turnir (2006)

Cütlər- Karyerası: 23 matç -17 qələbə
Ümumi Kubok: 3

Maraqlı

2004 - İlin ən seksual idmançısı
2004 - WTA ilin oyunçusu
2004 - WTA ilin ən çox inkişaf göstərən oyunçusu
2004 - WTA Xidmət Oyunçusu
2005 - İlin ən seksual idmançısı
2005 - ESPY-nin ən yaxşı qadın tennisçi
2005 - Rusiya Tennis Federasiyası - ölkənin ən yaxşı qadın idmançısı
2005 - “Master of Sports of Russia” fəxri mükafatı
2006 - İlin ən seksual idmançısı
2005 - “Prix de Citron Roland Garros”
2007 - İlin ən seksual idmançısı
2014 - cü il isə Şarapova üçün heç də gözlənilən nəticə verməyib. Tennis gözəli bu ilə uğursuz başlayıb.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm