Etibar Hüseynova ATV-dən zərbə - "Sitatın sonu"nun sonu
Bizi izləyin

Digər

Etibar Hüseynova ATV-dən zərbə - "Sitatın sonu"nun sonu

Deputat məcburi köçkünlər barəsində ifadələrinə görə, hakimiyyət dairələrindən tənə yedi.

Deputat məcburi köçkünlər barəsində ifadələrinə görə, hakimiyyət dairələrindən tənə yedi.

Deputat Etibar Hüseynovun ATV-də yayımlanan «Sitatın Sonu» verlişi bağlanıb.

Avropa.info-nun əldə etdiyi məlumata görə,daha əvvəllər də verlişinə müəyyən fasilələr verilən Etibar Hüseynovun qarabağlılar barəsində səsləndirdiyitəhqiramiz ifadələr «Sitatın Sonu»nunsonu olub. Məcburi köçkünlər barəsində ifadələrinə görə, hakimiyyət dairələrindəsərt şəkildə danlanan deputata ciddi xəbərdarlıq edildiyi də bildirilir.

Xatırladaq ki, Milli Məclisin spikeriOktay Əsədov da Etibar Hüseynov haqqında kəskin mövqeyini ifadə etmişdi.Deputatla söhbət etdiyini deyən, spiker Etibar Hüseynova yönəlik ironiya iləonun məcburi köçkünlərdən »bacardığı qədər» üzr istədiyini demişdi.

Qeyd edək ki, ötən həftənin şənbə günündəEtibar Hüseynovun müəllifi olduğu «Sitatın Sonu» verlişi efirə getməyib. /Musavat/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm