Ərdoğanla Putin arasında gizli Ermənistan sövdələşməsi - İDDİA
Bizi izləyin

Digər

Ərdoğanla Putin arasında gizli Ermənistan sövdələşməsi - İDDİA

Ermənistanın elm və təhsil naziri Armen Aşotyan ölkənin adını Şərqi Ermənistan Respublikasına dəyişdirmək təklifi ilə çıxışı ermənilərin özləri tərəfindən də birmənalı qarşılanmır.

A.Aşotyan “Qərbi Ermənistan” iddiasını nümayiş etdirmək üçün ölkə adının “Şərqi Ermənistan” ilə əvəzlənməsini təklif edir. Türkiyə rəhbərliyi isə diplomatiyasını səfərbər edərək 2015-ci ilə fəal hazırlaşır. Ölkənin xaricdəki səfirləri ilə iki gün əvəvl görüşən baş nazir Rəcəb Tayyib Ərdoğan “2015-ci ilə hazır olmaq lazımdır” söyləyib.

Ermənistanın “Lragir” qəzeti hesab edir ki, Ərdoğanın cağırışlarına baxmayaraq, Türkiyə rəhbərliyi Ermənistan dövlətindən qorxmur. Qəzet rəsmi Ankaranın məhz erməni diasporundan çəkindiyini bildirir və Ərdoğanın “Ermənis diasporu 2015-ci ilə dünyaya təhrif edilmiş tarixi təqdim etməyə çalışacaq və buna hazır olmaq lazımdır” sözlərini xatırladır.

“Ərdoğan niyə Ermənistan Respublikası haqqında və onun tərəfindən iddiaların irəli sürülməsi ehtimalından danışmır? O, bəlkə Ermənistanın Türkiyəyə qarşı ərazi və digər iddialarla çıxış etməyəcəyinə dair başlamayacaq və zəmanət alıb? Bu zəmanəti bəlkə Rusiya verib? Ermənistanda keçən ilin yazında baş prokuror Aqvan Ovsepyanın rəhbərliyi ilə yaradılan komissiya ermənilərin Türkiyəyə qarşı hüquqi iddiaları ilə bağlı materialları toplamalı idi. Amma Ermənistanın Rusiyaya tərəf kəskin dönməsindən sonra komissiyanın səsi eşidilmir. Deməli, Türkiyə Moskvadan zəmanət alıb. Hansı ki, orada Ermənistanın Xarici İşlər Nazirliyi “olur”- “Lragir” yazır.

Qəzet Türkiyənin ABŞ, Avropa və Yaxın Şərqdəki erməni diasporundan qorxduğunu bildirir. Qorxunun səbəbinə gəlincə, erməni nəşri bunu iki səbəblə əlaqləndirir:

“Birincisi, bu ölkələrdə erməni diasporu daha yaxşı təşkil olunub və mübarizəni heç vaxt dayandırmır. İkincisi isə, bu ölkələr tədricən Türkiyənin geosiyasi opponenti olurlar və erməni məsələsi onların arsenalındakı güclü silahlardan birinə çevrilir. Faktiki olaraq erməni diasporu Ermənistan xarici siyasətinin subyekti kimi qəbul edilməyə başlanılıb, nəinki dövlət. Diasporanın xarici siyasət potensialı o qədər böyükdür ki, məhz müstəqillik bəyannaməsindən sonra diasporadan gələnlər Ermənistanın xarici siyasətinə rəhbərlik edirdilər”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm