Digər
ABŞ Rusiya ilə hərbi münaqişəyə hazırlaşır? - İlk addım
Bu gün Ağ Ev Ukraynada baş verən hadisələrlə bağlı bəyanat açıqlayıb.
"Bizdə tutarlı sübutlar var ki, Ukraynanın 3 şəhərində hökumət
binalarını ələ keçirən Rusiyapərəst nümayişçilər yerli sakinlər
deyil, onlar bu hərəkəti pul müqabilində həyata keçirən kənar
şəxslərdir," deyə bəyanatda bildirilir.
Ağ Evin sözçüsü jurnalistlərə bildirib ki, Obama administrasiyası
Rusiyaya Ukraynanın şərqinə müdaxiləyə son qoymalı olduğunu deyib
və Moskva cağırışa əməl etməyəcəyi təqdirdə sanksiyaların daha da
gücləndiriləcəyini bildirib.
Bizdə tutarlı sübutlar var ki, Ukraynanın 3 şəhərində hökumət binalarını ələ keçirən Rusiyapərəst nümayişçilər yerli sakinlər deyil, onlar bu hərəkəti pul müqabilində həyata keçirən kənar şəxslərdir.Sözçü deyib ki, Rusiya Ukraynanın şərqində gizli və ya aşkar şəkildə fəaliyyətlərini genişləndirsə, bu, ciddi provokasiya kimi qiymətləndiriləcək.
Bu gün ABŞ dövlət katibi Con Kerri rusiyalı həmkarı Sergey Lavrovla Ukrayna barədə danışıq aparıb. Kerri Lavrova deyib ki, Ukrayanın şərqindəki hadisələr spontan şəkildə baş vermir.
Bu arada Pentaqon təsdiq edib ki, ABŞ hərbi dəniz gəmisi regiondakı avropalı müttəfiqlərə dəstək vermək üçün Qara Dənizə istiqamət alıb. Gəminin bir həftə içərisində dənizə çatması gözlənilir.
Publika.Az
-
Hadisə14:03
Azərbaycanın Koreyadakı səfirinin ailəsində AĞIR İTKİ
-
Nida Xəbər 13:10
Paşinyan 5 saatlıq qapalı görüşdə 4 kəndlə bağlı nələr deyib?
-
Sosial12:57
Əhaliyə şad xəbər: bu evlər ucuzlaşacaq
-
Magazin112:22
Məleykə Əsədovanın görün neçə yaşı oldu
-
Region11:42
Nikolyanı Ermənistana buraxmadılar: Qarabağda yaralanmışdı, Qazaxla sərhəddə...
-
Nida Xəbər 11:32
Ermənistan polisi Bağanis-Voskepar yolunu bağladı
-
Sosial11:13
Bütün sosial ödənişlər bu tarixdə veriləcək
-
Magazin111:07
Görün Brilliant Dadaşova oğluna nə dedi: Yalvarmaqdan... - FOTO/VİDEO