• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Bəzi yollarda maksimal sürət həddi artırılıb - VİDEO

  • Digər
  • 12 Aprel 2014 01:18
  • 1 279 Baxış
Bəzi yollarda maksimal sürət həddi artırılıb - VİDEO

Son vaxtlar bəzi yollarda maksimal sürət həddi artırılıb. Bunları xüsusi ilə aeroport şossesinin davamı, eləcə də Bakı dairəvi yolun bir hissəsində görmək mümkündür. Sürət hədlərinin artırılması bəzi sürücülər üçün xoş xəbər olsa da, bəziləri bu sürətin tətbiq olunduğu yollarda çaş-baş qalırlar. Yəni yolu müəyyən sürətlə getdikdən sonra, növbəti yolayrıcında yola hansı sürətlə davam etməyi bilmirlər. Bu da sonda yol qəzası, ya da kobud qayda pozuntusu kimi hallarla nəticələnir. Ekspertlər bu cür çaşqınlığın yaranmaması üçün həmin yollarda xəbərdaredici lövhələrin olmasını vacib hesab edir.

Avtoekspert Azər Allahverənov Avropa ölkələri ilə müqayisədə bizdə yol nişanlarının az olduğunu deyərək əlavə edib ki, yollarda onların sayının artırılmasını da vacib hesab edir: “Bu nişanların bəzən qəza nəticəsində sıradan çıxması çox vaxt onun bir başqası ilə əvəz olunmamasına səbəb olur. Bu isə heç şübhəsiz növbəti yol nəqliyyat hadisəsinə gətirib çıxarır”.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev isə yol nişanlarının çoxluğunun sürücünü çaşdıra biləcəyi qənaətindədir. Ona görə də hər addımbaşı yol nişanlarının qoyulmasını lüzumsuz hesab edir. Şöbə rəisi bədbəxt hadisə nəticəsində sıradan çıxan yol nişanlarının onlara məlumat daxil olan kimi qurum tərəfindən yenisi ilə əvəz edildiyni bildirdi.

Hər halda sürücülər sükan arxasında olarkən daha diqqətli olmalıdırlar. Çünki, söhbət hər an baş verə biləcək bədbəxt hadisədən gedir.

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR