"Qar adamı" görüntüləndi - VİDEO
Bizi izləyin

Digər

"Qar adamı" görüntüləndi - VİDEO

Qar adamı (digər adları - yeti, saskvoç və ya biqfut) müxtəlif dağ və meşə ərazilərində rast gəlinən, əfsanəvi varlıqdır. Bir çoxları onu gördüklərini desələr də, onun mövcudluğu tam təsdiqini tapmayıb. Belə fikirlər var ki, bu müqəddəs (bəzi yerlərdə elə sayılır) hominid məməlilərə aid olan, insanların əcdadlarından qalmış, primatlar dəstəsinin insan növünə aiddir. Karl Linney onu Homo troglodytes (mağara adamı) kimi təyin edib.

Fərziyyələrə görə, qar adamları müasir insanlardan möhkəm bədən quruluşu, kəllənin şiş formalı olması, bir qədər uzun əlləri, kiçik uzunluqlu boğazı, bir qədər gödək ayaqları ilə fərqlənirlər. Bədəni bütövlüklə qara, tünd narıncı və ya ağ rəngli tüklə örtülüdür. Sifəti tünd rənglidir. Başında tüklər bədənində olanlardan uzundur. Bığı və saqqalı seyrək və qısadır. Ağaclara yaxşı çıxa bilirlər. Bildirirlər ki, dağ qar adamları mağaralarda, meşə qar adamları isə ağacın budaqlarında yuva qurub orda yaşayırlar.

Etnoqrofik baxımdan müxtəlif yerlərdəki qar adamları haqqında təəssüratlar maraqlıdır. Böyük qorxulu adam surəti müxtəlif xalqlarda qaranlıqdan qorxu nəticəsində, naməlumluqlar haqqında, sirli qüvvələrə olan münasibət kimi formalaşa da bilər. Ola bilsin ki, qar adamı sadəcə olaraq bədənləri tüklə örtülü və ya vəhşiləşmiş insanlar kimi qəbul olunsun. Əgər bu varlıqlar mövcuddurlarsa, onda onlar qruplar və ya ailə cütlüyü şəklində yaşayırlar. Arxa ətrafları üstündə hərəkət edə bilirlər. Hündürlüyü 1-2,5m arasında (bir çox hallarda 1,5-2 m) dəyişir. Bildirilir ki, daha böyüklərini Mərkəzi Asiyada (yeti) və Şimali Amerikada (saskvoç) görüblər. Sumatra, Kalimantan və Afrikada bir çox hallarda boy 1,5 m-i keçməyib. Ehtimal edilir ki, bu varlıqların ən azı 3 növü var.

Rus mediasının verdiyi xəbərə görə, artıq axtarışlar üçün xüsusi mütəxəssislərdən ibarət qrup yaradılıb. Qrup Kemerova və Sibirdəki bütün mağaraları gəzərək, yarı insan, yarı heyvan olan və "qar adam" olaraq tanınan canlını axtaracaq. Sözügedən canlının varlığına dair çoxlu sayda hekayələrin olduğu bildirilir. Məsələn, amerikalı Roger Pattersonun 1967-ci ildə Kaliforniya meşələrində lentə aldığı dişi qar adamının varlığı ABŞ alimləri tərəfindən təkzib olunsa da, sovet mütəxəssisləri görüntülərin doğru olduğunu bildirmişdilər. Bu cür canlını gördüyünü iddia edən ən tanınmış şəxs isə ABŞ prezidentlərindənTeodor Ruzveltdir. Ovçuluğa meylli olan Ruzveltin yazdığına görə, 1903-cü ildə Aydaho ştatında, Salmon çayı sahilində 2 ovçu qorxunc bir canlının hücumuna məruz qalıb.

ABŞ-ın Şimali Karolina ştatındakı Rezerford kəndinin yaxınlığında nəhəng meymun-adam və ya "qar adamı" kimi tanınan məxluq gözə görünüb. Vyetnam müharibəsinin veteranı Tomas Bayersin dediyinə görə, həmin gün kənd ətrafındakı meşəlikdə ova çıxmışdılar. "Dostum Karolin Rayt da yanımda idi. Qəflətən yoldan nəhəng məxluqun keçdiyini gördük. O, bizi görəndə boğuq səslə mırıldadı və tələsik yolu keçərək meşəyə daldı. Qorxmadıq. O məxluqa tərəf atəş açdım. Əminəm ki, qarşımıza çıxan nəhəng məxluq "qar adamı" idi. Şimali Amerikanın sıx meşələrində bu məxluqların yaşaması barədə çox eşitsəm də, onlardan birini belə görməmişdim", - Bayers deyib.

ABŞ-da çəkilən kadrlar bu əfsanənin doğru olduğunu sübut edə bilər. Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda iki yeniyetmənin gəzinti zamanı çəkdikləri görüntülər bütün ölkədə sensasiya yaradıb. Mobil telefonla çəkilən görüntülərdə heç nədən xəbərsiz gənclər sonradan videoya baxarkən bir qaraltı onların diqqətini çəkib. Görüntüləri diqqətlə izləyən gənclər bunun indiyədək əfsanə hesab edilən qar adamı olduğunu görüblər. Kadrlarla bağlı mütəxəssislərdən heç bir açıqlama gəlməsə də, indi də bununla bağlı çox sayda şərhlər verilir.

Bundan əlavə, Amerika Tuson "kriptozooloji" (biologiyada mövcud olmayan və ya əfsanəvi qəbul edilən heyvanları araşdıran elm) Dərnəyi "qar adamı"nın ölüsünü gətirənə 100 min, canlısını ələ keçirənə isə bir milyon dollar verəcəyini açıqlayıb.

Bu yaxınlarda isə Avstraliyadan olan iki ovçu naməlum varlığı lentə ala bilib. Onu ələ keçirmək üçün əvvəlcə almalardan ibarət tələ yemi quraşdırılıb. Ekranlara düşən naməlum varlıq 2013-cü ilin 29 martında peyda olub. Bunun, naməlum meymun növü olmasını düşünənlər də az deyil.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm