• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Nüşabə Ələsgərli ərdə olduğunu niyə gizlədir? - VİDEO, FOTOLAR

  • Digər
  • 14 Aprel 2014 12:35
  • 7 036 Baxış
Nüşabə Ələsgərli ərdə olduğunu niyə gizlədir? - VİDEO, FOTOLAR

“Ulduzlu axşam” da həmsöhbət olduğumuz sənətçi əməkdar artist Nüşabə Ələsgərlidir. Hər şeydən danışdıq - bankrot olub mayanı batırmasından, uşaqlarına qoyduğu yasaqdan, hətta ailəli xanım olmasından. Bəli, bəli, boşandığı deyilən sənətçi xanımın sən demə, həyatında yenilik varmış. Çox xahiş etdi ki, bu barədə dərinə getməyək, amma bizə də biz deyərlər...

“60 minlik ziyana düşdüm”

- Bir ara eşitdik bankrota düşmüsünüz və biznesinizi batırmısınız, doğru xəbərdir, yoxsa şayiə?

- Gözəllik salonum və marketim vardı, əvvəllər özüm işlədirdim. Amma bu işə yetərincə vaxt ayıra bilmədiyim üçün biznesimi batırdım. Bəli, külli miqdarda ziyana düşdüm.

- Sirr deyilsə, nə qədər?

- O dövr üçün 60 minə yaxın. Hazırda həmin obyektlərimi icarəyə vermişəm.

- Deyirlər borca görə, avtomobilini də satmısan...

- O da çoxdan olub. İbrahim Tatlısəsi və musiqiçiləri toya gətirəndə. Mən yol və qalmaq xərclərini ödədim. Buna görə iki avtomobilimdən birini satdım.

“Heç vaxt sözə getmirəm”

- Hər zaman qalmaqaldan uzaqda dayanırsan. Qalmaqalı özün-özünə yasaq etmisən, yoxsa?

- Açığı, qarışmağı sevmirəm. Ola bilər e, kimsə səni hansısa verilişdə təxribatçı suallarla çaşdırar. Mən də insanam də, qızışıb nəsə deyərəm, əsəbi halda söylədiyim bu sözlərim münaqişəni daha da alovlandırar. Buna görə də, belə vəziyyətlərdə dərhal qərar vermirəm, canı sağ olsun deyib üstündən keçirəm, yəni sözə getmirəm. Amma bunu unutmuram da, sonradan həmin adama telefon açıb, məsələni aydınlaşdırıram. Mən hesab edirəm ki, həmkarlarım digər həmkarlarından hörmət görmək istəyirsə, özü bu qaydaya əməl etməlidir. Gərək böyük-kiçiyin hörmətini saxlayasan ki, sənə də hörmət edərlər. Söhbət yalnız yaşca böyük həmkarlardan getmir, elə kiçiyə də hörmətlə yanaşmaq lazımdır.

- Hazırda küsülü olduğunuz müğənni varmı?

- Yox, hazırda yoxdur.

- Deyirlər şou-biznes əhli ilə dostluq etməyə dəyməz. Siz də bu fikirdəsiniz?

- Dostluq etmək olar, amma əsas özündən çox şey asılıdır. Qarşındakı insan niyyətində əyri ola bilər, amma sən onunla yaxşı davranırsan, hətta bu hal dəfələrlə təkrarlanır, onda həmin adam özü utanıb nəticə çıxaracaq. O da dönüb sənə qarşı yaxşı olacaq.

“Kişilər mənə sevgi mesajı göndərir”

- Həmişə deyirlər ki, Nüşabə Ələsgərli kişi kimi qadındır. Bu söz sizi qıcıqlandırmır ki?

- Sözün açığı, əvvəl xoşuma gəlmirdi. Dostlarım mənə belə müraciət edəndə hirslənirdim ki, ay balam mən əsil qadınam, bu nə sözdür e, mənə deyirsiniz. Amma sonradan fikrim dəyişdi. Əslində kişi sözübütövlük, əməli düzlük, sadiqlik, sədaqətlilik mənasında deyilir. Ümumiyyətlə, kişi sözü leksikonda ən gözəl keyfiyyətlərin hamısını özündə birləşdirir. Qadında da bu keyfiyyətlər özünü göstərəndə deyirlər ki, filankəs kişi kimi qadındır. Mahiyyətinə varandan sonra narazılığım olmadı.

- Tez-tez şəkillərinizi İnstaqram-da yerləşdirirsiniz. Eləcə də Facebook-da varsınız. Mənə çox maraqlıdır, kimlərisə “blok” etməli olursunuz?

- Sevgi mesajları alanda dərhal həmin insanları blok edirəm.

- Çox alırsınız belə mesajları?

- Hədsiz dərəcədə. Hətta telefonuma da zəng edib sevgilərini bildirənlər çoxdur. Adətən də gizlin nömrələrdən zəng edirlər.

“Mən də mələk deyiləm”

- Belələrinə qarşı reaksiyanız necə olur?

- Onları dinləyib mədəni formada başa salıram. Başa düşməyəndə o biri üzümü göstərirəm. Mən də mələk deyiləm və istənilən formada sözümü deyirəm.

- Yəni?

- Əsbiləşəndə çox kobud oluram, bunu boynuma alıram. Hətta həmin şəxslər yanımda olsa, fiziki təzyiq belə göstərə bilərəm.

- Niyə, sevmək bəyəm belə qəbahətdir?

- Artıq mənim 46 yaşım var, evli xanımam, oğlumun 17, qızımın 16 yaşı var.

- Axı həyat yoldaşınızdan ayrılmışdınız…

- Gəl bu barədə danışmayaq. Bircə onu deyə bilərəm ki, ailəli qadınam.

- Həyat yoldaşınız tərəfindən sizə qadağalar varmı?

- Heç bir qadağa yoxdur.

“Başı da elə ombası kimi işləyir”

- Bir ara xarici görünüş baxımından çox dəyişdiniz. Hətta Sibel Cana bənzədiyinizi deyirdiniz…

- Gözümün üstü nəsillikcə ətlidir. Bunu götüzdürdüm. Qəzetdə yazmışdılar ki, ombadan yağ götürüb üzümə vurdurmuşam vallahi ayıb, türklər demişkən. Onun başı da elə ombası kimi işləyir. Əsəbiləşdim. Ayağımdan yağ götürüb gözümün altına vurmuşdular.

- Saçınız da son vaxtlar Alla Puqaçovanın saç düzümünə bənzəyir. Hətta İnstaqram-da bu saçın sizə yaraşmadığını yazanlar oldu…

- Hərə bir söz deyir, kimisi deyir yaraşır, kimisi deyir yaraşmır. Mən tez-tez dəyişməyi xoşlayıram.

- Kompleksləriniz varmı?

- Əvvəllər var idi.

“Türkiyəyə İbrahim abinin yanına gedəcəm”

- Maraqlıdır, kompleksləriniz nəylə bağlı idi?

- Qolumun yuxarı hissəsi çox kök idi, ətindən götüzdürdüm, indi özümü rahat hiss edirəm. Çəkimə gəlincə, özümü çox arıqlatdım. Keçmiş çəkimə baxanda indi 20 kilo arıqlamışam.

- Pəhrizlə, yoxsa, idmanla?

- Yeməyimə nəzarət edirəm. Məsələn, mən heç vaxt maye ilə yeməyi qarışdırmıram. Ürəyim su istəyirsə, yeməkdən əvvəl su içirəm. Yemək yediyim zaman heç vaxt su içmərəm.

- Yaradıcılıqda təzə nə var, nə yox. Çoxdandır klip çəkdirmirsiniz.

- Qarşıda yeniliklər gözləyir məni. Türkiyə kanallarında bir neçə verilişə çıxmağa hazırlaşıram. Artıq dəvətlər almışam.

- Türkiyə demişkən, İbrahim Tatlısəslə əlaqə saxlamırsan ki?

- Zəng etmişəm bir neçə dəfə. May ayında Türkiyəyə gedəndə ona da baş çəkəcəyəm. Klip çəkdirmək niyyətindəyəm. Allah qoysa, İbrahim abi ilə görüntülərimi də həmin klipə daxil edəcəyəm.

“Qəlblərinə dəymirəm, amma …”

- Bir neçə il əvvəl Nəzər dəyməsin adlı verilişin vardı. Nə əcəb aparıcılıq etmirsən?

- Kanalların birində danışıqlar gedir, nəzərdə tutulan proqramın aparıcısı olacağam. Canlı konsert olacaq. Fərhad Köçərin verilişi formatında bir proqram olacaq. Məqsəd də maarifləndirmək, musiqi zövqü aşılamaq və insanlara əsil istirahət yaşatmaqdan ibarətdir.

- Çoxları efirdə gedən verilişlərin səviyyəsindən narazılıq edir, bəs siz?

- Bəyənmədiyim bəsit verilişlər var. Efir zamanı qəlblərinə dəymirəm. Amma efirdən sonra zəng edib deyirəm ki, bu nə verilişdir belə.

- Bəs sənin qəlbinə necə, dəyiblər heç?

- Çox az halda. Buna imkan vermirəm. Mən özümü zəif qadın saymıram, çox güclü qadınam.

“Hətta kimisə döyə də bilərəm”

- Gücünüz nədədir?

- Səbirli olmağımda. Eyni zamanda sərrast cavabımda. Hər cür cavabım ola bilər. Hətta kimisə döyə də bilərəm.

- Olub belə şey?

- Ola bilər.

- Qisas hissi var içinizdə?

- Allahın öhdəsinə buraxıram insanları. Allah ən böyük hakimdir.

- Sizi nə ağlada bilər?

- Güclü olduğum qədər də kövrək qadınam. Dünən verilişin birində Manaf Ağayevin qardaşı belə bir söz işlətdi: “dizlərimin taqəti qardaş”. Gözüm doldu, ağladım.

- Ən zəif nöqtəniz nədir bəs?

- Ailəm, övladlarım.

“Uşaqlarıma eşqi yasaq etmişəm”

- Bildiyimə görə, çox sərt anasınız…

- Həddən artıq. Çox sərt qadağalarım var. Mən oğluma və qızıma orta məktəbi qurtarmamış sevməyi yasaq etmişəm. Hətta onların internetdə sosial şəbəkələrdə olmasına qadağa qoymuşam.

- Sözünüzü eşidirlərmi?

- Eşidirlər. Hər zaman diqqətim üstlərindədir. Məsələ burasındadır ki, uşaqların boş vaxtları da yoxdur, o qədər yükləmişəm ki, eşqə zamanları qalmasın.

- Ailə qurarkən seçimlərinə qarışacaqsınız?

- 25 yaşdan aşağı onların evlənməsini istəmirəm. Özlərinə də demişəm bunu. O yaş da elə yaşdır ki, həmin yaşda çətin ki, səhv eləsinlər.

Cəvahir Səlimqızı

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR