• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Prezident ağacların kəsilməsindən danışdı: “Bu, vicdansızlıqdır”

  • Digər
  • 15 Aprel 2014 00:55
  • 2 930 Baxış
Prezident ağacların kəsilməsindən danışdı: “Bu, vicdansızlıqdır”

Prezident İlham Əliyev ağacların qanunsuz kəsilməsinə münasibət bildirib. O, Nazirlər Kabinetində keçirilən müşavirədə deyib ki, ağacəkmə kampaniyası çərçivəsində on milyondan çox ağac əkilib və bu proses davam etdirilir.

Dövlət başçısı bildirib ki, ekoloji vəziyyətlə bağlı məsələləri daim diqqət mərkəzində saxlanılmalıdır:

“Ancaq ictimaiyyəti də, məni də narahat edən məsələ ağacların kəsilməsi məsələsidir. Buna yol vermək olmaz. Hesab edirəm ki, biz burada daha da ciddi məsuliyyət tətbiq etməliyik. Ağackəsmə tam şəkildə dayandırılmalıdır. Ancaq nadir hallarda, o da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi ilə haradasa ağac ya köçürülə, ya kəsilə bilər. Ona görə mən dəfələrlə bu məsələlərlə bağlı öz fikrimi bildirmişəm. Deyə bilərəm ki, vəziyyət əvvəlki illərə nisbətən daha da müsbətdir. Ancaq biz istədiyimizə tam şəkildə nail ola bilməmişik. Gecə vaxtı gəlirlər, qanunsuz olaraq ağacları kəsirlər, yerləri düzəldirlər ki, ev tiksinlər. Bu, vicdansızlıqdır, bu, biabırçılıqdır, bu, cinayətdir”.

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR