Məmməd Arifin 110 illik yubileyi keçiriləcək - 3 SƏRƏNCAM
Bizi izləyin

Digər

Məmməd Arifin 110 illik yubileyi keçiriləcək - 3 SƏRƏNCAM

Ölkə Prezidenti Məmməd Arifin yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzaladı

Azərbaycan Prezidenti İlham Əliyev akademik Məmməd Arifin 110 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, akademik Məmməd Arifin Azərbaycan ədəbiyyatının inkişafı sahəsində diqqətəlayiq xidmətlərini nəzərə alaraq, Azərbaycan Milli Elmlər Akademiyası Təhsil Nazirliyi və Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, akademik Məmməd Arifin 110 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

2014-cü ilin iyun ayında görkəmli Azərbaycan ədəbiyyatşünası və tənqidçisi, tanınmış pedaqoq və ictimai xadim, Respublika Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, akademik Məmməd Arifin (Məmməd Arif Məhərrəm oğlu Dadaşzadənin) anadan olmasının 110 illiyi tamam olur.

Məmməd Arif XX əsr Azərbaycan ədəbiyyatşünaslığının və ədəbi tənqidinin formalaşdırılması və inkişaf etdirilməsində böyük rol oynayıb. Milli ədəbiyyat tarixinin yaradılmasında yaxından iştirak edən alim respublikada yüksək ixtisaslı elmi kadrların hazırlanması işinə töhfələrini əsirgəməyib.

19:40

Prezident İlham Əliyevim imzaladığı digər sərəncamda qeyd olunur ki, "Nazirlər Kabinetinin “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC ilə bağlı səlahiyyətləri ləğv edilsin".

İlham Əliyev həmçinin “Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

20:10

Prezident İlham Əliyev "Azərbaycan Polad İstehsalı Kompleksinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 aprel tarixli 2875 nömrəli sərəncamında dəyişikliklər edilməsi barədə də sərəncam imzalayıb.

Sərəncama uyğun olaraq, "Azərbaycan Polad İstehsalı Kompleksinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 aprel tarixli sərəncamında aşağıdakı dəyişikliklər edilib.

Sərəncamın 4.1-ci və 4.2-ci bəndləri aşağıdakı redaksiyada verilir:

4.1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:

4.1.1. Cəmiyyətin nizamnamə kapitalının miqdarının müəyyən edilməsi, Cəmiyyətin nizamnaməsinin və strukturunun təsdiq edilməsi;

4.1.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həll edilməsi.

4.2. Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinə:

4.2.1. Cəmiyyətin inkişaf istiqamətlərinin müəyyən edilməsi;

4.2.2. Cəmiyyətin illik hesabatlarının, mühasibat balanslarının, mənfəət və zərər hesablarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi;

4.2.3. Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının, həmçinin tabeliyində olan hüquqi şəxs statuslu qurumların rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verilməsi;

4.2.4. Cəmiyyətin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) bağlanmasına razılıq verilməsi.

Sərəncamın 4.3.2-ci yarımbənd ləğv edilir.

Nazirlər Kabineti və İqtisadiyyat və Sənaye Nazirliyinə bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm