Ukrayna aeroportu azad elədi
Bizi izləyin

Digər

Ukrayna aeroportu azad elədi

Ukrayna aeroportu azad elədi

Ukrayna ordusunun zirehli texnikası Qərb istiqamətindən Donetsk vilayətinin Kramatorsk şəhərinə doğru hərəkət edir.

Publika.az – ın verdiyi xəbərə görə, bu barədə hadisə yerində olan BBC-nin əməkdaşı yazıb.

BBC əməkdaşı ən azı 20 zirehli texnikanın şəhərə yaxınlaşdığını xəbər verib. Dünən isə Ukrayna prezidenti səlahiyyətlərinin müvəqqəti icraçısı, Ali Rada sədri Aleksandr Turçinov Kramatorsk hava limanının Ukrayna xüsusi təyinatlı dəstəsinin nəzarəti altına keçdiyini deyib.

Kramatorsk şəhər dövlət administrasiyasını ələ keçirən silahlılar isə binanın müdafiəsini gücləndirir. Bu barədə İvan adlı bir şəxs “RİA” xəbər agentliyinə danışıb: “Şəhərin dövlət administrasiyası bizim Brest qalamız olacaq”.

Ukrayna ordusunun altı tankı isə Dnepropetrovsk tərəfindən şəhərə daxil olub. Heç bir müqavimətlə qarşılaşmayan tanklar dəmiryol vağzalının yaxınlığında dayanıb. Kramatorsk şəhərinin səmasında isə pilotsuz təyyarələrin uçuşu qeydə alınıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm