ADU-da Sona Vəliyevanın yaradıcılıq gecəsi keçirildi - FOTOLAR
Bizi izləyin

Digər

ADU-da Sona Vəliyevanın yaradıcılıq gecəsi keçirildi - FOTOLAR

Bu gün Azərbaycan Dillər Universitetində Milli Televiziyavə Radio Şurasının üzvü, “Kaspi” Təhsil Mərkəzinin, “Kaspi” qəzetinin təsisçisi, şairə, filologiya elmləri namizədi SonaVəliyevanın yaradıcılıq gecəsi keçirilib.

Bu gün Azərbaycan Dillər Universitetində Milli Televiziyavə Radio Şurasının üzvü, “Kaspi” Təhsil Mərkəzinin, “Kaspi” qəzetinin təsisçisi, şairə, filologiya elmləri namizədi SonaVəliyevanın yaradıcılıq gecəsi keçirilib.

Publika.Az-ın məlumatına görə, ADU-nun Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri Fəridə Səfiyevanın təşkilatçılığı ilə keçirilən tədbirdə şairənin qələm dostları, millət vəkili, ADU-nun rektoru Səməd Seyidov , universitetin müəllim və tələbə heyəti iştirak edib.

Tədbiri giriş sözü ilə açan Fəridə Səfiyeva bildirib ki, bu gün Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi Sona Vəliyevanın yaradıcılığı ilə daha geniş tanış olmaq şansı yaranacaq. O bildirib ki, İstanbulun Avrasiya Universitetində H.Cavidin əsərləri, külliyyatnın türk dilində tərcümə edilməsi “Kaspi” Təhsil Mərkəzinin təşkilatçılığı ilə baş tutub. F.Səfiyeva S.Vəliyevanın yaradıcılığı ilə necə tanış olmasından da danışıb:

“Sona Vəliyevanın bütün yaradıcılığında vətən niskili, acısı var. Hər bir şeri ilə tanış olanda bu qadının tam xoşbəxt olmadığını gördüm. Onun yaradıcılığı hər bir Azərbaycan gəncinə lazımdır.S.Vəliyevanın yaradıcılığı insanı uşaqlığa aparır, insanı düşündürür, tarixə bir daha nəzər salmağa, bu barədə daha dərindən düşünməyə vadar edir. Onun yaradıcılığı insanı təbiətə kökləyir. Bir sözlə, Sona Vəliyevanın yaradıcılığına vurğunam. Bir daha Sona xanıma bu cür yaradıcılığına görə təşəkkür edirəm”.

Tədbirdə həmçinin Sona Vəliyevanın həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş etdirildi. Onun yaradıcılığı haqqında qələm yoldaşlarının fikirləri səsləndirilib. Daha sonra universitetin tələbələri Sona Vəliyevanın təbiət, rənglər, ata-ana, doğma yurd həsrəti dolu şeirlərini səsləndirdilər, xüsusi kompozisiyalar təqdim edilib. Tədbirdə çıxış edən Sona Vəliyeva bu tədbiri təşkil edən Fərid Səfiyevaya və şeirləri ürəklə səsləndirən tələbələrə təşəkkürünü bildirdi:

“Tələbələr şeirləri söyləyərkən dəfələrlə məni kövrəltdilər. Çəkdikləri əziyyətə və gözəl ifalarına görə, onların hər birinə təşəkkür edirəm. Onların ifaları bir daha şeirlərin dilimizə, ölkəmizə, millətimizin daim yaşayacağına inamı artırdı. İnandım ki, söz nə qədər yaşayırsa, dil, ədəbiyyat, mədəniyyət yaşayacaq. Burada dəfələrlə mənim şeirlərimdə tam xoşbəxt olmadığım təəssüratını yaşadıqlarını səsləndirdilər. İstəyirəm insanlar həqiqətən heç vaxt tam xoşbəxt olmadığıma inansınlar. Çünki elə bir yerdə doğulub yaşamışam ki, parçalanmış torpaqlara sərhədlərdən baxmışam”.

Sona Vəliyeva onu da bildirdi ki, dünya qloballaşır, demokratikləşir, amma bu dünyada insanların dərdini, qəmini şeirlərimizdə yaşatmalıyıq:

“Dünyaya qədim mədəniyyət bəxş edən torpaqlar dağıdılır. Bu Əli bəy Hüseynzadənin türkləşmək, islamlaşmaq, müasirləşmək ideyalarını təbliğ edir, ondan əvvəl və sonra yaşamış dəyərli ziyalılarımız torpağın dərdinin əbədi dərdimiz olmamasına çalışırdılar. Şeirlərimdə də yaddaşın itirilməməsi əsas xətt kimi keçir. Şeirlərimdə həmçinin millətin xilas məsələsini xüsusi vurğulamışam”.

S.Vəliyeva bu gün torpaq, millətin dərdi barədə fikirlərin tələbələrin dilindən azad şəkildə səsləndirilməsinin də xoşbəxtlik olduğunu dedi:

“Bu ali məktəbdə sözə, sənətə, şeirə qiymət verən tələbələrin olması böyük xoşbəxtlikdir. Bizim tələbə olduğumuz vaxtlardabu formada çıxışlar edə bilmir, Cənub mövzusunda danışa bilmirdik. Amma məhdudiyyətlərə baxmayaraq, bu mövzunu unutmur, yaddaşımızda yaşadırdıq. O vaxtlar ulu öndər Heydər Əliyev yazarlara B.Vahabzadənin “Gülüstan” poemasını nümunə gətirərək, məhz bu cür əsərlərin yazılmasını istədiyini, lakin əvvəldən insanları bu fikrə alışdırmağı vurğulayırdı. Məhdudiyyətlər də olsa, bu ideyaları yaşada bildik”.

S.Vəliyeva H.B.Zərdabinin Azərbaycan, dil, mədəniyyət məsələsində söylədiyi fikirlərdən danışdı:

“Dilin inkişafı, torpağın, millətin inkişafıdır. Əsas qayəmiz Azərbaycançılıq ideyasıdır. Yaddaşa, sözə qayıdış üçün yazarlarla görüşlər tez-tez keçirilməlidir. Bu həm də milli kökə, tarixə qayıdışa təsir edir. Həsənoğlu, Qazi Bürhanəddin, Ş. İ.Xətaidən başlayaraq ulu öndər H.Əliyevin səyi nəticəsində dilimiz qorundu, bu günlərə çatdırıldı. Sözümüzü, dilimizi yaşadaq ki, dilimiz, millətimiz yaşasın”.

Sonda şairənin sözlərinə bəstələnmiş “Qəmli qadın”, “Yağış”, “Yollara yağış yağır”, “Ay Qaraqız”, “İlahi eşq”, “Qapına gəldim” mahnıları ifa edilib.

Gülxar

FOTOLAR: Xəyal

Oxumağa davam et
Reklam
Reklam

Gündəm