Digər
İlham Əliyev və xanımı Milli Gimnastika Arenasının açılışında - FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılışda iştirak ediblər.
Son illər ölkəmizdə bütün sahələrdə olduğu kimi, müasir idman
infrastrukturunun yaradılması istiqamətində də genişmiqyaslı
tədbirlər həyata keçirilir, yeni-yeni idman obyektləri tikilib
istifadəyə verilir. Dünyanın qabaqcıl idman ölkələrindən biri olan
Azərbaycan hazırda beynəlxalq Olimpiya hərəkatının fəal üzvlərindən
biridir.
İdmanın bütün sahələrinin inkişaf etdirilməsi Azərbaycan
Prezidentinin daim diqqət mərkəzindədir. Paytaxt Bakıda və
regionlarda inşa edilən, ən müasir avadanlıqla təchiz olunan
Olimpiya İdman komplekslərinin sayı artıq 40-ı ötmüşdür. Mövcud
idman komplekslərinin əsaslı şəkildə yenidən qurulması isə
beynəlxalq yarışların keçirilməsi üçün ölkəmizin imkanlarını daha
da artırır.
İdmanın inkişafına göstərilən yüksək dövlət qayğısı nəticəsində
Azərbaycan idmançıları dünyanın mötəbər yarışlarında və Olimpiya
Oyunlarında ölkəmizi ləyaqətlə təmsil edir, uğurlarını ildən-ilə
daha da artırırlar. 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa
Oyunlarına hazırlıq məqsədilə beynəlxalq standartlara uyğun mühüm
layihələrin icra olunması ölkəmizdə müasir idman infrastrukturunun
yaradılması işinə böyük töhfə verəcəkdir. Prezident İlham Əliyev və
xanımı Mehriban Əliyevanın iştirakı ilə Bakıda təməli qoyulan Milli
Gimnastika Arenasının inşası idmanın bu növünün daha da inkişaf
etdirilməsi işində mühüm rol oynayacaqdır.
Hazırda tərkibində idmanın dörd növünü - bədii gimnastika, kişi
idman gimnastikası, akrobatika gimnastikası və tamblinqi
birləşdirən Azərbaycan Gimnastika Federasiyasının son illər əldə
etdiyi böyük uğurlar dünyanın idman ictimaiyyəti tərəfindən maraqla
izlənilir. Bütün bu nailiyyətlər birinci xanım Mehriban Əliyevanın
Azərbaycan Gimnastika Federasiyasına rəhbərliyi sayəsində mümkün
olmuşdur. Belə ki, 2002-ci ildən Azərbaycan Gimnastika
Federasiyasının prezidenti olan Mehriban Əliyevanın fəaliyyəti
nəticəsində ölkədə idmanın bu növünün yeni inkişaf mərhələsi
başlamışdır.
2003-cü ildə Bakıda bədii gimnastika üzrə ilk dünya kuboku
keçirilmişdir. Bakı 2005-ci ildə gimnastika üzrə dünya çempionatına
ev sahibliyi etmişdir. 2007-2009-cu illərdə isə ölkəmizdə iki dəfə
Avropa çempionatı keçirilmişdir. Bu işlərin nəticəsi olaraq
Azərbaycan gimnastları da son illərdə böyük irəliləyişlərə nail
olmuşlar. Dinara Gimatova 2003-cü ildə Afina Olimpiya Oyunlarına
ilk milli lisenziyanı qazanmışdır. Aliyə Qarayeva isə 2007-ci ildə
bədii gimnastika üzrə Avropa çempionu tituluna sahib çıxmışdır.
Dünya çempionatında isə qızlarımız komanda hesabında üçüncü
olmuşlar. Azərbaycan gimnastları növbəti illərdə ölkəmizi Olimpiya
Oyunlarında layiqincə təmsil etmişlər.
İndi Azərbaycan 2015-ci ildə keçiriləcək ilk Avropa Oyunlarına
hazırlaşır. İdman infrastrukturunun daha da gücləndirilməsi ilə
bağlı həyata keçirilən tədbirlərin mühüm tərkib hissəsi olan Milli
Gimnastika Arenasının tikintisi də beynəlxalq əhəmiyyətli bu idman
yarışının yüksək səviyyədə təşkili üçün geniş imkanlar açır.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Milli Gimnastika
Arenasının rəmzi açılışını bildirən lenti kəsdilər.
Gənclər və idman naziri Azad Rəhimov görülən işlərlə bağlı
dövlətimizin başçısına məlumat verdi. Kompleksin fasadı xüsusi
formada işlənmişdir. Burada maraqlı illüminasiya elementləri təqdim
edən ekranlar quraşdırılmışdır. Əsasən gimnastika yarışları üçün
nəzərdə tutulan arenanın əhəmiyyətini artıran mühüm amillərdən biri
də buranın digər idman tədbirlərinin və yarışlarının da keçirilməsi
üçün uyğunlaşdırılmasıdır.
Gimnastika zalı əsas yarış və köməkçi məşq hissələrindən ibarətdir.
Yarışların miqyasından asılı olaraq, arenanın əsas hissəsində
oturacaq yerlərinin sayını 5 mindən 10 minə qədər artırmaq
mümkündür. Dünya standartlarına uyğun inşa olunan kompleksdə
mətbuat mərkəzi, ilk tibbi yardım məntəqəsi, xoreoqrafiya, trenajor
zalları, dopinq nəzarəti, inzibati otaqlar, mağazalar, kafelər və
digər yardımçı sahələr yerləşir. Dünyanın ən yaxşı gimnastika
komplekslərindən biri olacaq bu idman qurğusunda otel də
yaradılıbdır.
Azərbaycan Gimnastika Federasiyası əhalinin bədən tərbiyəsi və
sağlamlıq fəaliyyətinə geniş cəlb olunması, milli idman kadrlarının
hazırlanması, yığma komandaların formalaşdırılması və hazırlığı,
onların beynəlxalq yarışlara, toplanışlara göndərilməsi ilə də fəal
şəkildə məşğul olur. Federasiya xarici ölkələrin idman təşkilatları
və beynəlxalq idman qurumları ilə əlaqələrini inkişaf etdirir.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva zalda yaradılan
şəraitlə tanış oldular və gimnastların məşq prosesinə baxdılar.
Dövlətimizin başçısı və xanımı gimnastlarla xatirə şəkli
çəkdirdilər.
Burada da idmançılar üçün hər cür şərait yaradılmışdır. Avropa
Gimnastika İttifaqının prezidenti də burada yaradılan şəraiti
yüksək qiymətləndirmişdir. Zalda ən son gimnastika avadanlığı
quraşdırılmışdır. Həmin avadanlıq Avropa Gimnastika İttifaqı,
Azərbaycan Gimnastika Federasiyasının tövsiyələrinə əsasən
yerləşdirilmişdir.
Milli Gimnastika Arenasında bu ilin iyununda bədii gimnastika üzrə
Avropa çempionatı keçiriləcəkdir. Aprelin 19-da isə bədii
gimnastika üzrə 21-ci Azərbaycan çempionatı təşkil olunacaqdır.
Gimnastlar mütləq çoxnövçülükdə, o cümlədən ayrı-ayrı növlər üzrə
medallar uğrunda yarışacaqlar. Turnirdə, həmçinin Bakıda təlim-məşq
toplanışlarında olan Macarıstan və Qazaxıstan gimnastlarının
müsabiqədənkənar çıxışları nəzərdə tutulur. Çempionatın Milli
Gimnastika Arenasında keçirilməsi və iyunun 13-15-də təşkil
olunacaq bədii gimnastika üzrə Avropa çempionatı öncəsi test
turniri xarakteri daşıması yarışlara olan marağı daha da
artırmışdır. Bundan əlavə, 2015-ci ildə baş tutacaq birinci Avropa
Oyunları çərçivəsində gimnastikanın 6 növü üzrə yarışların, 2019-cu
ildə isə bədii gimnastika üzrə 2020-ci il Olimpiadasına lisenziya
xarakterli dünya çempionatının burada keçirilməsi
planlaşdırılır.
Prezident İlham Əliyevə "Beynəlxalq İdman Mətbuatı Assosiasiyası -
AİPS-nin tarixi" kitabının ilk nüsxəsi təqdim olundu.
Qeyd edildi ki, qurumun 90 illik tarixinə həsr olunan kitab Gənclər
və İdman Nazirliyi ilə birgə hazırlanmışdır. Kitabın ilk 18
səhifəsi Azərbaycanda idmanın inkişafına həsr olunub.
Prezident İlham Əliyev görülən işləri yüksək qiymətləndirib,
tapşırıq və tövsiyələrini verib.
-
Sosial08:43
Azərbaycanın tanınmış professoru vəfat etdi - FOTO
-
Magazin208:36
Kristofer Nolan cəngavər olacaq, xanımı isə... - FOTO
-
Ekologiya07:17
Bu günə olan hava PROQNOZU - 20 dərəcə isti
-
Magazin206:16
Leonardo Di Kaprio ilə sevgilisi arasında NƏ BAŞ VERİR?
-
Səhiyyə05:15
Ömrü uzadan pəhriz sınaqdan UĞURLA ÇIXDI
-
Avropa03:43
Meqan Markl Keyt Middltonun xəstəliyindən necə istifadə etdi? - ŞOK DETALLAR
-
Avropa02:00
Azərbaycanlı jurnalist Kiyevdə vəfat etdi - FOTO
-
Magazin101:41
Azərbaycanda tanınmış müğənni üçün 2-ci dəfə TOY ÇALINACAQ - VİDEO