Prezident pravoslav xristian icmasını təbrik edib
Bizi izləyin

Digər

Prezident pravoslav xristian icmasını təbrik edib

Təbrikdə deyilir: "Hörmətli həmvətənlər! Müqəddəs Pasxa bayramı münasibətilə sizi və Azərbaycanın bütün xristian icmasını ürəkdən təbrik edir, hər birinizə cansağlığı, xoşbəxtlik və əmin-amanlıq arzularımı yetirirəm".

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Pasxa bayramı münasibətilə təbrik edib.

Təbrikdə deyilir: "Hörmətli həmvətənlər! Müqəddəs Pasxa bayramı münasibətilə sizi və Azərbaycanın bütün xristian icmasını ürəkdən təbrik edir, hər birinizə cansağlığı, xoşbəxtlik və əmin-amanlıq arzularımı yetirirəm".

Dövlət başçısı qeyd edib ki, Azərbaycanda tarixən təşəkkül tapmış səmavi dinlər yüz illər boyu qarşılıqlı hörmət və etimad şəraitində, dinc yanaşı fəaliyyət göstərərək, insanlar arasında humanizm, həmrəylik, dözümlülük kimi bəşəri dəyərlərinbərqərar olmasında, cəmiyyətimizdə mükəmməl etnik-dini tolerantlıq mühitinin və zəngin multikultural ənənələrin formalaşmasında müstəsna rol oynayıb. Təsadüfi deyildir ki, bu gün Azərbaycan bütün dünyada sivilizasiyalararası və mədəniyyətlərarası dialoq məkanı kimi tanınır və qəbul edilir.

Azərbaycan Prezidenti bildirib ki, Azərbaycan Respublikasında dövlət-din münasibətləri demokratik prinsiplərə və beynəlxalq hüquq normalarına uyğun şəkildə tənzimlənib, dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, hər kəsin etiqad və vicdan azadlığı təmin edilib. Ölkəmizin dindar təbəqəsi, o cümlədən xristian inanclı vətəndaşlarımız dini etiqad və ayinlərini, milli bayram və mərasimlərini azad və sərbəst şəkildə icra edir, ictimai-siyasi, mədəni-mənəvi həyatımızın bütün sahələrində, vətəndaş cəmiyyəti quruculuğunda yüksək fəallıq göstərirlər:

"Əziz dostlar! Hər il Azərbaycanda təntənə ilə qeyd edilən Pasxa bayramı əmin-amanlığın, həmrəyliyin, xeyirxahlıq və şəfqət duyğularının rəmzidir. Bu əziz gündə bir daha sizə xoş bayram ovqatı, ailələrinizə sevinc və firavanlıq arzulayıram. Bayramınız mübarək olsun!"

Oxumağa davam et
Reklam
Reklam

Gündəm