• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

670 min avroluq maşında məşuqəsi ilə yanan milyarder

  • Digər
  • 18 Aprel 2014 18:36
  • 4 464 Baxış
670 min avroluq maşında məşuqəsi ilə yanan milyarder

Dünyada heç nə əbədi deyil”.

Bunu məşuqələrini əlcək kimi dəyişən, avto qəzada sevgilisi ilə tamamilə yanıb lakin yenidən insan cildinə girməyi bacaran, 6,9 milyard dollara sahib Rusiyanın iş adamı Süleyman Kərimov deyir.

Publika.Az “Milyonçu” layihəsi çərçivəsində Polyus Gold International (40%) və

VTB-nin (6%) səhmdarı, milliyyətcə ləzgi Süleyman Kərimovun milyardlara gedən yolunu təqdim edir.

Varlı ləzgi ailəsi

Etnik baxımdan ləzgi olan Süleyman Kərimov 1966-cı ildə Dərbənddə dünyaya gəlib. Atası cinayət - axtarış xidmətində hüquqşünas, anası isə “Sberbank” ın mühasibi işləyib. Süleyman ailənin son beşiyi olub. Belə ki, özündən başqa qardaşı (həkimdir) və bacısı (rus dili və ədəbiyyat müəlliməsi) var. Yeri gəlmişkən, Şimali Qafqaz reallıqlarını və S.Kərimovun valideynlərinin işgüzar statusunu nəzərə alsaq onun heç də təminatsız uşaqlığı olmayıb. Qayğısız uşaqlıq və gənclik gələcəyə daha da böyük perspektivlər açıb.

Təmiz keçmiş

Bildirək ki, Rusiya milyarderlərinin çoxundan fərqli olaraq Kərimovun bütün yaxınları sağ-salamat və sağlamdırlar. Hər hansı pis əməllərdə adları çəkilmir. Bacısı bütün həyatı boyu müəllimə işləyib. Qardaşı isə həkim. Ümumiyyətlə Kərimovun keçmişinə dair qara nəsə tapılmır. Atası daim onları nəzarətdə saxlayıb. Övladlarına ciddiliklə bərabər, sadəliyi öyrədib. Onun qaydaları, prinsipləri Süleymanın daxili keyfiyyətlərinin inkişafına da ciddi təsir edib. Maddi imkanlarına, statuslarına baxmayaraq Süleyman dəbdəbəli həyat sürrməyib. Hətta atasının onu hərbi xidmətdən yayındırmaq kimi imkanları olsa da gələcəyin milyarderi hər bir sovet vətəndaşı kimi vətənə qulluq edib.

Riyaziyyatçı ola bilmir

Yazılanlara görə, gəncliyində dostları onu “Sulik” deyə çağırırmışlar. Süleyman həm fiziki, həm də intelektual baxımdan güclü imiş. İdman növü kimi o, əsasən güləş və ağıratletikaya geniş maraq göstərib. Əslində idamana meyili atası sayəsində yaranıb. Belə ki, uşaqlığında S.Kərimov zəif olduğundan atası onu idman kurslarına göndərib.

Təhsilə gəlincə, üstünlüyü dəqiq elmlərə verib. Məhz bunun nəticəsində, 1983-cü ildə Dərbənddəki 19 nömrəli orta məktəbi qızıl medalla bitirdikdən sonra Dağıstan Politexnik İnstitutuna üz tutub. Lakin buna baxmayaraq riyaziyyatçı olmayıb. Çünki hələ 1-ci kursda ikən hərbi xidmətə çağrılıb. 1984-86-cı illərdə Sovet Ordusunda strateji təyinatlı raket qüvvələrində hesab-təhvil üzrə baş serjant kimi qulluq edib. Hərbidən qayıtdıqdan sonra ixtisasını Dağıstan Dövlət Universitetinin iqtisadiyyat fakültəsinə dəyişdirib.

İlk iş yeri

Təhsil aldığı müddətdə universitetin həmkarlar ittifaqı komitəsinin sədr müavini kimi fəaliyyət göstərir.1986-cı ildə öz tələbə yoldaşı Firuzə Xanbalayeva ilə evlənir.

Bu arada onu da qeyd edək ki, Firuzə yerli partiya rəhbərinin qızı idi. Bu nikahı bütövlüklə ailələr arası anlaşma adlandırmaq olmasa da, Firuzənin atasının vəzifəsi S.Kərimovun karyerasının inkişafında mühüm rol oynayıb.

1989-cu ildə universiteti bitirən S. Kərimov Muhasibat uçotu və təsərrüfat fəaliyyətinin təhlili ixtisası üzrə diplom alır. Qaynatasının köməyi ilə “Eltov” elektron zavodunda iqtisadçı kimi işə düzəlir. Hansı ki, bu zavod Maxaçkalada texnika məhsullarının istehsalı ilə məşğul olurdu. S.Kərimov zavod ilk iş yeri olmasına baxmayaraq, uğurlu olur. Özünü istedadlı mütəxəssis kimi təsdiqləyir. Qısa zamanda baş direktorun iqtisadi məsələlər üzrə məsləhətçisi vəzifəsinə yüksəlir. SSRİ-nin süqutundan sonra elektron avadanlıqları istehsal edən zavodlar arasında müxtəlif formalı maliyyə problemləri yarandığından bu çətinlikləri aradan qaldırmaq üçün Federal Sənaye Bankı təsis edilir. 1993-cü ildə Moskvaya gələn Süleyman “Eltov” müəssisəsinin maraqlarını bu bankda təmsil etməyə başlayır. Bank biznesi sərfəli olmaqla bərabər elə həmin dövrdə elektron zavodlar Federal Sənaye Bankının nəzarətindən çıxır.Nəticədə Süleyman Kərimov müstəqillik əldə edən zavodların səhmlərini satın almağa başlayır. Bu müəssisələrin nəzarət paketlərini əlində cəmləşdirməsi S.Kərimov üçün böyük biznesə aparan yolda sıçrayış nöqtəsi olur.

Məşhur 90-cı illərin gətirdiyi uğurlar

Kərimov özünün ilkin kapitalını məhz 90-cı illərdə yaratmağa başlayıb. Dəlillərə görə, bunda həmyerlisi, Dağıstan Partiya Komitəsinin keçmiş baş katibi Maqomedtaqir Abdulbasirovun rolu böyük olur. M. Abdulbasirov 1994-cü ildə Rusiya Kənd Təsərrüfatı Nazirliyi yanında federal ərzaq korporasiyasına rəhbərlik edirdi. Korporasiyanın iki əsas funksiyası - var idi.Birincisi dövlətin regional ehtiyacların - taxıl, qənd, yağ, ət, süd ödənilməsi ilə bağlı sifarişlərini həyata keçirirdi. 1994-96-cı illərdə müəssisə satınalmalar keçirmək üçün büdcədən 500 milyon dollar alır. Kərimov Abdulbasirovla tanışlığın sayəsində həmin pulların bölüşdürülməsində iştirak edir. Bundan əlavə, həmin münasibətin nəticəsində o, tez bir zamanda bir çox müəssisələrin səhmlərini ələ keçirir. Çox keçmir Abdulbasirov vəzifəsindən azad edilir. Bu fakt S.Kərimovu milyonlara gedən yoldan döndərmir. O özünə başqa vacib adamları tapır. Onlardan biri “Orel-Avia”nın rəhbəri Sergey İsakov olur.

Növbəti zirvə

1995-ci ildə”Soyuz finans” şirkətinin baş direktorunun müavini işləyir. Məlumat üçün bildirək ki, şirkətin fəaliyyət dairəsinə aviasiya sənayesi,eləcə də qaz, neft hasilatı daxil idi. 1997-ci ildə İsakov və Kərimov idarəçiliklərində olan strukturlar vasitəsilə "Vnukovskie Aviaşirkətlər"in səhmlərini ələ keçirməyə başlayırlar. Lakin 1998-ci ilin sonunda gələcəyin milyarderi öz oyunlarını oynamaq istəyən tərəfdaşlarını tərk edir və "Vnukovskie Aviaşirkətlər”i ilə “Fedrombank”dan gedir.

Kərimovun növbəti zirvəsi investisiya şirkəti olan “Nafta-Moskva”nı ( neft və neft məhsullarının ticarəti ilə məşğul olur, “Soyuznefteexport əsasında yaradılır) əldə etməsi olur. 1998-ci ildə şirkətin səhmlərinin 55 faizini 50 milyon dollara satın alır. 1 il ərzindəki fəaliyyəti nəticəsində şirkətdəki payını 100 faizə çatdırır. Eləcə də 1999-cu ildə qeyri-kommersiya müəssisəsi olan Moskva Beynəlxalq Korporasiya İnstitutunun vitse prezidenti təyin edilir. Yeri gəlmişkən bu, onun uğurlu maliyyə və idarəçilik fəaliyyətinə verilən yüksək qiymət idi. Biznes fəaliyyəti ilə paralel olaraq S.Kərimov Dövlət Dumasının deputatı seçilir. Ancaq yüksək kürsüyə seçilmək ona öz kapitalını artırmaqda mane olmur.

2000-ci ildə “Nafta-Moskva” “Vareqanneftqaz” şirkətini alır. 2001-ci ildə Roman Abramoviç və Oleq Deripaska əməkdaşlıq nəticəsində iş adamı Andrey Andreyevin biznesindən pay alır. Bu pay özündə yüzlərlə şirkəti – “Avtobank”, “İnqosstraxa”, SK “” СК ” İnqosstrax- Rosiya” (hazırda “Rosiyya”), bank “İnqosstrax-Soyuz” (indiki “Soyuz”), “Nosta” və digərlərini əks etdirirdi. Həmin ərəfədə Kərimovun şirkəti Rusiyanın keçmiş ən böyük neft treyderlərindən biri olur.

Dollar milyaderi

S.Kərimov beləliklə yavaş-yavaş öz ilk iş fəaliyətindən uzaqlaşır. 2002-ci ildə praktiki neft ticarətinə girişir. 2003-cü ilin sonunda hətta “Nafta” Moskva ətrafında elit yaşayış evlərinin və əyləncə mərkəzlərinin tikintisi məqsədilə torpaq alışı ilə məşğul olur. 2004-cü ilin ortalarında nəhəng dövlət şirkətləri “Qazprom” və “Sberbank”ın səhmlərinin müəyyən faizini əldə etməsi nəticəsində iş adamı kapitalını bir qədər də artırır. Sonradan uğurla həyata keçirilən layihələr oliqarxın kapitalının nə az, nə çox 2 dəfə artmasına gətirib çıxarır. 2005-ci ilin sonunda “Nafta” qızıl mədən şirkəti “Polimetal”ı ələ keçirir. 2006-cı ilin sonunda Kərimov “Nafta-Moskva” nı tam formalaşmış investisiya şirkəti etməyi bacarır.

Sərvəti

“Forbes” jurnalının qiymətləndirməsinə görə, ötən ilin əvvəlinə iş adamının sərvəti 7 miyard dollar olub. 2012-ci ildə bu rəqəm 6,5 milyard dollar təşkil edib. S.Kərimov keçən 2012-ci ildə sərvətinin həcminə görə, Rusyanın milyarderləri arasında 19-cu, 2013-cü ildə 20-ci sırada yer alıb. 2014-cü ildə isə jurnal onun varidatını 6,9 milyard dollar qiymətləndirib. Bu sərvətlə o, 19-cu sırada qərarlaşıb. “Forbes”ə görə Kərimov bir il ərzində 0,2 milyard itirib.

Deklarasiya edilmiş gəlirlər

Bu arada 2009-cu ildə iş adamı gəlirlərinin deklarasiyasını açıqladığı zaman maraqlı nüanslar ortaya çıxır.Bəlli olub ki, milyarderin illik gəliri 7.5 milyon rubldur. Bundan 1,9 milyon rublu o senator kimi qazanır. 3,7 milyon rublu “İnvestbank”dan, 1,7 milyon rublu “SMP Bank”, “Binbank” və “Sipson Services Limited” və “Sberbank”dakı hissələrindən əldə edir.2012-ci ildə rus məmurlarının ailəvi gəlirlərin deklarasiyasına görə iş adamı 8-ci yerdə qərarlaşırdı.

Bir zamanlar və indi sahib olduqları

2006-2008-ci illərdə S.Kərimov “Qazprom”da 4,5 , “Sberbankda” 6 , MQTS-də 2, ”Polmetall”da 7, “Polyus-Zoloto”, “Milli Telekommunikasiya” (kabel operator), Mosstroieconombank və “Smolensky Passage” ticarət mərkəzində 37 faiz hissəyə malik olub. 2011-ci ildə “Svyazinvest”in keçmiş baş direktoru Yevqeniya Yurçenkodan 6 faiz səhmi əldə etməklə isə o, “Rostelekom”un birgə sahibinə çevrilib.”Forbes”in 2008-ci ilə olan məlumatlarına görə, iş adamı Rusiyadakı kapitalının əsas hissəsini ölkədən çıxarıb. Xaricdə korporasiyalara yatırıb. Yeri gəlmişkən, bu addım ona ucuz başa gəlməyib. İqtisadi böhran dövründə 20 milyard dollar itirib. Lakin “pes” etməyib. 2010-cu ildə “Uralkaliy” MMC-nin səhmlərinin 25 faizini əldə edib. 2011-ci ildə Dağıstan parlamenitinin namizəd kimi gəlirlərini deklarasiya edən S.Kərimov kipirli “Nafta-Moskva”nın səhmlərinin 50 faizinin, Bermudda qeydiyyatdan keçən “Altityud”un səhmlərinin 20 faizinin, kipli “Aniketa investmentlimitid”in səhmlərinin 20 faiznin ona məxsus olduğunu bəyan edib.

S.Kərimovun hazırda sahib olduqlarına gəlincə,bura Polyus Gold International (40%), VTB daxildir. 2013-cü ildə o “Uralkaliya”dakı payını, PİK şirkətini satıb. Birincinin satışından əldə etdiyi 5 milyard dolların mühüm hissəsini borclarının ödənməsinə yönəldib. Onu da qeyd edək ki, analitiklər Kərimovun maliyə uğurlarını onun artım potensialı olan investisiya aktivlərinə sahib olması ilə əsaslandırırlar. S.Kərimov doğurdan da iqtisadiyyatda özünü maliyyə investoru kimi təsdiqləyib.

Futbol klubu “Anji”

İş adamının iş dünyası bununla tamamlanmır. O, 2011-ci ildən “Anji” futbol klubunun sahibir. Milyarderin sayəsində komandaya bir sıra məşhur oyunçular cəlb olunmuşdu. Bunlardan biri də brazilyalı müdafiəçi Roberto Karlos idi. Doğrusu, pul hər şey olmasa da çox şey deməkdir. S.Kərimovun yatırımları sayəsində komanda 2012-2013-cü illərdə keçirilən primer liqada ilk yerlərdən birini tutub.

Yeri gəlmişkən, ötən il milyarder kluba ayırdığı vəsaitdə kəsintilərə gedib.

Siyasi fəaliyyəti

Milyarder siyasi fəaliyyətlə də məşğul olur. 2003-2007-ci ildə Qosdumanının deputatı olur. 2008-ci ilin 20 fevralında S.Kərimov deputat seçilir və beləliklə, Federasiya Şurası onun Dağıstan Milli Məclisinin nümayəndəsi kimi fəaliyyətini təsdiqləyir.

Kərimovun bahalı oyuncaqları

S.Kərimov yaxtalara marağı ilə məşhurdur. Onun 90,1 metr uzunluğunda “Ice” adlı yaxtası Almaniyanın “Lürssen” şirkəti tərəfindən 2005-ci ildə istehsal edilib. Maksimal sürəti 18 dəniz milidir. 2006-cı ildə “İzvestiya” qəzetinin yazdığına görə Kərimov yaxtaya 150 mln dollar sayıb. Kərimovun “Millenium”adlı da yaxtası var. 2006-cı ildə istehsal edilən yaxtanın uzunluğu 36,8 metr, sürəti 31 dəniz milidir. Milyarderin yaxtaya 8,9 milyon avro saydığı söylənir. Biznesmenin bir də Boeing Business Jet 737-700 və Gulfstream V. təyyarələri var.

Şəxsi həyatı

Yuxarıda qeyd etdiyimiz kimi S.Kərimov hələ universitet illərində ailə qurub. Onun həyat yoldaşı Firuzə Xanbalayevadır. İş adamının bu evlilikdən 3 uşağı var. Qızı Gülnarə (1990-cı il təvəllüdlü), oğlu Abusəyid (1995-ci il təvəllüdlü) və kiçik qızı Əminət (2003-cü il təvəllüdlü).S.Kərimov ailəsi ilə bağlı çox mühafizəkar olsa da daim sevgililəri ilə gündəmdədir. O aktyor Arçila Qomiaşvilnin qızı Katya ilə 4 il sevgili olduqdan və məşuqəsinə biznes yaratdıqdan sonra ayırılıb. Bundan sonra siyahıya müğənni Natalya Vetliçkoy, balerina Anastasi Voloçkovoy, aktrisa Olesi Sudzilovskoya, teleaparıcı Tina Kandelaki, eləcə də pop müğənni Janna Friske daxil olub. S.Kərimov Ksyuşa Sobçakla da yaxından dostluq edib. Bəziləri bu münasibətlərin dostluqdan ötə olduğunu irəli sürür.

Milyarderin ən ehtiraslı romanı isə adıçəkilən qadınlardan Natalya Vetliçkoyla olub. Biznesmen onunla ictimai tədbirlərə belə gedirmiş. Hətta çoxları Natalyanı onun arvadı bilirlərmiş. Nataliyaya kliplər çəkən, bahalı hədiyyələr verən iş adamı ayrılanda ona Parsidə mənzil, təyarə bağışlayır. Bu arada Rusiya mətbuatının yazdıqlarına inansaq, S.Kərimovun həyat yoldaşı əsil şərq qadınıdır. İctimaiyyətə çıxmır, uşaqlarını tərbiyyəsi ilə məşğul olur. Bütün bunlarla bərabər ərinin xəyanətlərinə dözür. Lakin Firuzə Kərimovanın da öz kaprizləri var. Məsələn, onun yaxtalarda və təyyarələrdə bir səyahəti iş adamına 150 milyon dollara başa gəlib.

670 min avroluq “Ferrari”də yanır

Milyarderlə bağlı diqqəti çəkən sirli məqamlardan biri 2006-cı ilin 25 noyabrında Nitse yaxınlığında 670 min avroluq “Ferrari Enzo”su ilə avtoqəzaya uğramasıdır. Həmin qəzada iş adamı beyin travması almaqla yanaşı yanır. Vəziyyəti kritik olduğundan əvvəlcə helokopterlə Marseldəki yanıq mərkəzinə, daha sonra isə təyyarə ilə Brusseldəki karaleva Astrid hərbi hostelinə aparılır. Ən maraqlısı isə odur ki, sən demə, qəza zamanı S.Kərimov avtomobildə tək deyilmiş. Onu teleaparacı Tina Kandelaki müşayət edirmiş. Düzür, xanim Tina canını ucuz qutarır. Yəni heç bir xəsarət almır , sadəcə cüzi yanır. Amma milyarder bildirdiyimiz kimi kül olmaqdan canını zorla qurtarır. Şahidlərin dediklərinə əsasən, yanan Kərimov qəza yerindən qaçaraq torpağa atılıb həyatı uğrundə ciddi mübarizə aparıbmış. Yaxınlıqda beysbol oynayan yeniyetmələrin köməyə gəlməsi ilə alovu söndürməyə müvəffəq olur.

Silikonla örtülən xüsusi kostyumda gəzir

Kərimovun müalicəsi isə uzun çəkir. O müəyyən vaxt ərzində süni tənəffüsə qoşulur. Çoxlu dərmanlar qəbul edir, tez-tez sarıqları dəyişdirilir. Silikonla örtülən xüsusi kostyumda gəzir. Çünki deyilənlərə görə, tez-tez titrədirmiş. S.Kərimov bir il aradan sonra 2007-ci ildə Rusiyaya qayıda bilir. Elə həmin il bəlli olur ki, milyarder LDPR fraksiyasından istefa ilə bağlı bəyanat verib. Və “Tək Rusiya” fraksiyasına üzvlüklə əlaqədar müraciət edib.

Sevgilisi maşında olduğunu danır

Qəza uzun müddət mətbuatın gündəmini zəbt edir. Xüsusilə, Tinanın hadisə zamanı avtomobildə olduğunu danması geniş müzakirələrə yol açır. Tədbirlərin birinə əlcəkdə gələn Tina jurnalistlərdən əlindəki yanıq izlərini gizlədə bilmir.

Və səhərisi müsahibə verərək Süleyman Kərimovla Lacivərd gölündə olduğunu etiraf edir.

Lakin bu görüşün səbəbi və niyə maşında olması haqqında heç bir izahat vermir.

Qonaq getməyi sevir, amma arvadsız

Dostları və tanışları S.Kərimovu qeyri-adi, dostsevər insan kimi xarakterizə edirlər. Deyirlər ki, milyarder insanlarla tez dostlaşır. Qonaq qəbul etməyi, eləcə də, getməyi sevir.

Amma çox vaxt bunları həyat yoldaşının iştirakı olmadan edir.

Bundan əlavə o avtomobili sürətlə idarə etməyi də xoşlayır.

Leyla Əliyeva

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR