• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Dünyanın ən qorxunc mumiyaları - Fotolar

  • Digər
  • 21 Aprel 2014 12:14
  • 3 326 Baxış
Dünyanın ən qorxunc mumiyaları - Fotolar

Yəqin bir çoxlarımız insanlara hücum edən zombilər haqda qorxunc filmləri seyr etmişik. Lakin gerçəkdə heç bir mumiya təhlükəli deyil.

Təqdim edəcəyimiz mumiyalar günümüzədək qorunub saxlanmış müasir arxeoloji tapıntılardır.

Mumiyalanma xüsusi kimyəvi maddənin ölü bədənə çəkilərək meyitin çürümə prosesini ləngitmə prosesinə deyilir. Mumiyalar yüz, hətta min illərlə qorunub saxlana bilir və bu yolla onlar qədim dünyaya “pəncərə” rolunu oynayırlar. “Canlı” ölülər bir tərəfdən qorxunc və tükürpədici olur, lakin digər tərəfdən də, onların sayəsində əcdadlarımızın adət-ənənə, qida və sağlamlığı haqda məlumat toplaya bilirik.

1.Quanaxuato muzeyindən qışqıran mumiya

Meksikanın Quanaxuato mumiya muzeyi dünyanın ən qəribə və qorxulu muzeylərindən biri hesab olunur. Burada 111 mumiya saxlanılır. Onların əksəriyyəti, 19-cu və 20-ci əsrin əvvəllərində vəfat edib yerli qəbiristanlıqda basdırılmış insanlardır. Muzey eksponatları 1865-ci ildən 1958-ci ilədək qazılıb götürülüb. Səbəbi odur ki, o zaman mövcud olan qanuna görə, ölmüş insanın qohumları vergini ödədiyi təqdirdə meyit qəbiristanlıqda basdırılar, vergilər vaxtında ödənilməsə, insanlar ölü üçün nəzərdə tutulmuş torpaqda basdırmaq hüququndan məhrum olurdu. Əvəzində isə cəsəd daş qədirlərin içinə qoyulardı. Mumiyaların üz ifadələrindən onların diri basdırıldığını bilmək olur.

19-cu və 20-ci əsrlərdə mumiyalar turistlər tərəfindən maraqla qarşılandı. Qəbiristanlıq işçiləri qorunmuş mumiyaları ziyarət etmək üçün ödəniş almağa başladılar. Quanaxuato muzeyinin rəsmi açılış tarixi isə 1969-cu il hesab olunur.

2.Qrenlandiyadan balaca oğlan uşağının mumiyası

1972-ci ildə dünyanın ən böyük adası olan Qrenlandiyanın Kilakitsok yaşayış yerindən bütöv bir ailəyə məxsus mumiya tapıldı. Avropada orta əsrlər hökm sürdüyü zamanda Qrenlandiyada ailənin 9 üzvü aşağı hava temperaturundan ölərək mumiyalaşıb və günümüzədək yaxşı vəziyyətdə qalıb. Qrenlandiyanın Nuuke şəhərində yerləşən Milli muzeydə saxlanılan və Daun sindromlu xəstə olan 1 yaşlı uşağın mumiyası daha çox gəlinciyi xatırladır.

3.İkiyaşlı Rozaliya Lombardo

İtaliyanın Palermo şəhərində yerləşən rahiblərin katakombaları turistləri cəlb edən ən dəhşətli yerlərdən biridir. Lakin bu katakombaların simvolu 1920-ci ildə pnevmoniyadan vəfat etmiş ikiyaşlı qızcığaz Rozaliya Lombardonun mumiyasıdır. Övladını itirən ata, qızının cəsədinin saxlanması üçün məşhur həkimə müraciət edib.

Mumiyalaşmış Rozaliyanın cəsədi o qədər yaxşı qorunub saxlanılıb ki, sanki qızcığaz yuxuya gedib.

4.Perunun And dağlarından olan Xuanita

11 və ya 15 yaşlı və Xuanito adı verilən mumiya “Time” jurnalının açıqlamasına görə, ən yaxşı elmi açılışın reytinqinə düşə bilib. 15-ci əsrdə İnk tanrılarına qurban verilmiş Xuanita And dağlarının başındakı buzlaqlara görə yaxşı qalıb.

5.Cəngavər Kristian Fridrix von Kalbutsun mumiyası

Alman cəngavəri 1651-ci ildən 1702-ci ilədək yaşayıb. Ölümündən sonra cəsədi təbii üsullarla mumiyaya çevrilib.

Əfsanələrə əsasən, cəngavərin nikahdan 11 və nikahdan kənar isə 30-dan çox övladı olub. Cavan bir qadını öldürdüyü üçün məhkəmə qarşısına çıxarılan cəngavər adam öldürməsini inkar edib və bildirib ki, əgər yalan deyirsə “qoy öldükdən sonra bədəni çürüməsin”. O, aristokrat adam olduğundan məhkəmədən bəraət qazanır və azadlığa çıxır. Kalbutslar nəslinin sonuncu nümayəndəsi vəfat etdikdən sonra onları adi qəbiristanlıqda basdırmaq qərarına gəliblər. Lakin cəngavər Kristian nəslinin digər nümayəndələrindən fərqli olaraq cəsədi mumiyalaşır. Buna məhkəmədə yalandan and içməsinin səbəb olduğuna inanılır.

6.Misir fironu Ramzesin mumiyası

Bu mumiya b.e.ə. 1213-cü ildə vəfat etmiş məşhur Misir fironu 2-ci Ramzesə məxsusdur. Ehtimal olunur ki, o, Musa peyğəmbərin dövründə Misirə başçılıq edib. Mumiyanın fərqləndirici cəhədi onun ölüm allahı olan Setlə əlaqəni simvolizə edən kürən saçlarıdır.

7.Danimarkalı 18-19 yaşlı qızın mumiyası

18-19 yaşlı qıza məxsus olan mumiya Danimarka torpağında b.e.ə. 1300-cü ildə basdırılıb. Mərhum hündürboy, sarı uzun saçlı qamətli qız olub. Bahalı geyimindən yerli elita ailədən çıxması məlum olur. Qızın cəsədi palıd ağacından hazırlanmış tabuta qoyulub və otlarla döşənib. Bu səbəbdən onun bədəni və geyimi yaxşı qorunub.

8.Qar adamı

Similaun və ya qar adamı kimi tanınan mumiya aşkar edilən zaman yaşı 5300 olub və bununla da o, Avropanın ən qədim mumiyası adına layiq görülüb. Avropalıların ilk əcdadı kimi görünən və günümüzədək yaxşı saxlanmış mumiya 1991-ci ildə turistlər tərəfindən Alp dağından tapılıb.

9.İdedən olan balaca qız

İdedən olan balaca qız adı verilmiş mumiya Hollandiyanın İde kəndindən torf bataqlığından tapılıb. Mumiya 1897-ci ildə tapılıb. Boynunda hörülmüş ilgəyin olması onun edam olunmasından və ya qurban verilməsindən xəbər verir. Analizlər nəticəsində məlum olub ki, 16 yaşlı qız b.e.ə. 128-ci ildə ölüb. Saçları yarıya qədər qırxılıb və kürən rəngdə olub, lakin qeyd olunmalıdır ki, bataqlıqda hər bir saç kürənə çevrilir.

10.Rendsvyuren bataqlığından olan adam

Bataqlıq adamı 1871-ci ildə Almaniyada aşkar edilib.

11.I Seti-Misir fironu tabutda

I Setiyə məxsus olan mumiya 1881-ci ildə xəlvət bir yerdə tapılıb. O, b.e.ə. 1290-1279-cu illərdə Misirə başçılıq edib. Bu fironun cəsədi xüsusi hazırlanmış tabutda basdırılıb.

12.Ukoka şahzadəsinin mumiyası

“Altay şahzadəsi” adını almış qadına məxsus mumiya arxeoloqlar tərəfindən 1993-cü ildə Ukok yaylasından tapılıb. Tədqiqatçılar güman edir ki, mumiya b.e.ə. 5-3-cü əsrdə basdırılıb və Altayın Pazırık mədəniyyəti dövrünə aiddir. Mumiya içi dolu buz olan novdan tapılıb. Böyür üstə uzanmış mumiyanın əllərində tatu olub. Onun geyimindən elit təbəqəyə məxsus olması aşkar edilir. Qız 25 yaşı olarkən vəfat edib.

13.İnk qəbiləsindən olan buza dönmüş qız

14-15 yaşlı qıza məxsus olan mumiya 500 il bundan qabaq inklər tərəfindən qurban verilib. O, 1999-cu ildə Nevado-Sabankaya vulkanının yamacında aşkar edilib. Onun yanında mumiyalaşmış bir neçə uşaqların da cəsədi olub. Tədqiqatçılar ehtimal edir ki, öz gözəlliyi ilə seçilən uşaqlar yüz kilometrlərlə yol qət edərək dağın başında yerləşən vulkanda allaha qurban verilib.

Camalə

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR