Bakının mərkəzində tank əleyhinə minalar tapıldı
Bizi izləyin

Digər

Bakının mərkəzində tank əleyhinə minalar tapıldı

Bakı şəhəri, Səbail rayonunda təmir işləri aparılarkən döyüş sursatı aşkarlanıb.



Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin mütəxəssisləri aşkarlanmış sursata baxış keçiriblər.



Müəyyən olunub ki, bu, təlim-tədris təyinatlı 2 ədəd TM-62 markalı tank əleyhinə minadır. Aşkar edilmiş sursatlar aidiyyəti üzrə təhvil verilib.



Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirmiş və digər növ şübhəli əşya aşkar etməyiblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm