Türkiyənin yeni Baş naziri bu 4 nəfərdən biri olacaq - FOTO
Bizi izləyin

Digər

Türkiyənin yeni Baş naziri bu 4 nəfərdən biri olacaq - FOTO

Türkiyənin Baş naziri Rəcəb Tayyip Ərdoğan prezident seçkilərində namizəd olarsa və seçilərsə yeni Baş nazir onun 4 müavinindən biri olacaq.

Türkiyənin Baş naziri Rəcəb Tayyip Ərdoğan prezident seçkilərində namizəd olarsa və seçilərsə yeni Baş nazir onun 4 müavinindən biri olacaq.

Publika.az xəbər verir ki, bu barədə NTV telekanalına müsahibə verən hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Məhmət Əli Şahin bildirib:

“Baş nazir prezident seçkilərində namizəd olarsa və seçilərsə tutduğu vəzifədən istefa verməyə məcburdur. Bu halda baş nazirin 4 müavinindən birinin seçkiyə və ya partiyanın qurultayına qədər bu postu tuta biləcəyini düşünürük”, - deyə Şahin əlavə edib.

Məhmət Əli Şahinin bu açıqlamasından sonra gözlər Baş nazirin müavinlərinə çevrilib. Hazırda AKP hökumətində baş nazirin 4 müavini var. Bunlar Bülənt Arınç, Əli Babacan, Bəşir Atalay və Əmrullah İşlərdir.

Oral Mədənçi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm