• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Rusiyadan ŞOK açıqlama: “NATO ilə müharibə durumundayıq”

  • Digər
  • 23 Aprel 2014 21:20
  • 3 686 Baxış
Rusiyadan ŞOK açıqlama: “NATO ilə müharibə durumundayıq”

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja Rusiyanın NATO ilə birbaşa müharibə durumuna gəldiyini açıqlayıb.

Çeçenistanın paytaxtı Qroznuda təşkil olunan təhlükəsizlik konfransından sonra jurnalistlərin suallarını cavablayan Bordyuja "Bir qisim NATO ölkələrinin təsiri ilə biz hazırda NATO ilə birbaşa qarşıdurma səviyyəsindəyik.

Bu gün Rusiyaya qarşı sanksiyalar tətbiq olunur. Maydandan bir qisim insanlar qeyri-sabitlik yaratmaq üçün Rusiyaya sızmağa çalışır. NATO gəmiləri beynəlxalq müqavilələri pozaraq Qara dənizə girir”, -deyə bildirib.

O qeyd edib ki, KTMT Ukraynanın üzv ölkə olmaması səbəbi ilə bu ölkədə baş verənlərə qarışmır.

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev isə Rusiyanın Krımı torpaqlarına qatmaq kimi bir planı olmadığını, bölgə xalqının müstəqil şəkildə Rusiya ilə birləşmək qərarı verdiyini deyib.

Qərb ölkələrinin Maydandakı aksiyalarla Ukraynanın daxili işlərinə müdaxilə etdiyini deyən Patruşev, Kiyev rəhbərliyinin qanuni olmadığını, Ukraynanın prezidentinin hələ də Viktor Yanukoviç olduğunu söyləyib.

Oral Mədənçi

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR