Prezidentə kötük dediyi üçün dava düşdü - Foto
Bizi izləyin

Digər

Prezidentə kötük dediyi üçün dava düşdü - Foto

Prezidentə kötük dediyi üçün dava düşdü-Foto

Məşhur Hollivud aktyoru Corc Kluni və kazino şəbəkələr sahibi Stiv Vinn iş məsələlərinin həlli üçün Las-Veqasda yerləşən restoranların birində görüşüb. Kişilərin söhbəti siyasətə keçdikdə nəticə dava ilə bitib.

Vinn respublikaçı, Kluni isə demokrat olduğuna görə kişilərin söhbəti çəp düşüb. Qeyd olunur ki, söhbət siyasətdən düşəndə Vinn Klunini qəsdən əsəbiləşdirməyə çalışıb, lakin buna nail olmayıb. Kluni sadəcə, oturaraq qulaq asıb, ancaq biznesmen Barak Obamanı kötüyə bənzədəndə aktyor əsəblərinə sahib çıxa bilməyib. Barak Obamanın dostu olduğunu bildirən Corc Kluni cavabında iş adamını kötüyə bənzədərək restoranı tərk etmək istəyib. Lakin iş o həddə çatıb ki, kişiləri ayırmaq üçün cangüdənlər müdaxilə etməli olub.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm